Eltun Süleymanov: “Türkiyə və Azərbaycan yalnız yaxşı günlərin deyil, çətin anların da birgə yol yoldaşıdır”
Tarix: 21-06-2025 | Saat: 19:00
Bölmə:Manşet / Siyasət / Özəl | çapa göndər

“Ölkə Prezidenti cənab İlham Əliyevin iyunun 19-da qardaş Türkiyənin Kahramanmaraş şəhərində, “Azərbaycan məhəlləsi”nin açılış mərasimdəki çıxışı Azərbaycan ilə Türkiyə arasında qardaşlığın dərin mənasını açıq şəkildə ifadə etdi.
Bu hadisə yalnız humanitar addım deyil, həm də Türkiyə-Azərbaycan birliyinin yeni mərhələsini ifadə edən siyasi və tarixi hadisədir. Bu məhəllə, iki qardaş xalqın tarixdə dəfələrlə sübut etdiyi dostluq və strateji müttəfiqliyin canlı təcəssümüdür. Cənab Prezident İlham Əliyev açılış mərasimindəki çıxışında bu birlik və qardaşlığın dərin mənasını belə ifadə etdi: “Azərbaycan xalqı bu faciəni öz faciəsi kimi qəbul etdi. İlk gündən on minlərlə azərbaycanlı Bakıda, Azərbaycanın müxtəlif şəhərlərində insani yardım göstərmək üçün məntəqələrə gəlib öz qardaşlıq borcunu yerinə yetirməyə başlamışdır. Zəlzələdən dərhal sonra əziz qardaşımın, hörmətli Cümhurbaşqanının liderliyi ilə axtarış-xilasetmə işləri başlamış, ondan sonra yenidənqurma və inşaat işlərinə start verilmişdir. Qısa müddət ərzində on minlərlə insan yeni mənzillərlə təmin edildi. Bu, bir daha Rəcəb Tayyib Ərdoğanın öz xalqına bağlılığını, sevgisini və güclü iradəsini göstərən amildir. Eyni zamanda, bu, güclü Türkiyənin təzahürüdür. Çünki ancaq güclü dövlət qısa müddətdə bu qədər böyük yenidənqurma və inşaat işləri görə bilər. Azərbaycan dərhal mindən çox heyəti, o cümlədən axtarış-xilasetmə üzvlərini, könüllüləri, həkimləri Türkiyənin zəlzələ bölgələrinə göndərmiş və dərhal işə başlamışdır. Azərbaycan heyətləri tərəfindən 53 insan dağıntılar altından sağ çıxarılmış, bizim qurduğumuz iki səhra hospitalında 3200 insana Azərbaycan həkimləri tibbi yardım göstərmişdir. Azərbaycan hər zaman Türkiyənin yanında olub, Türkiyə də hər zaman Azərbaycanın yanında olub və bu gün “Azərbaycan” məhəlləsinin açılışında əziz qardaşımla birlikdə iştirakım bir daha bizim birliyimizin, dostluğumuzun təzahürüdür.” 2023-cü ilin fevralında baş vermiş Kahramanmaraş zəlzələsi bütün Türk dünyasını sarsıtdı. Lakin Azərbaycan xalqı bu faciəni sadəcə uzaqdan müşahidə etmədi, dərhal yardıma tələsdi.”
Bu sözləri aia.az-a verdiyi açıqlamasında ictimai fəal Eltun Süleymanov deyib.
Daha sonra müsahibimiz fikirlərini davam etdirərək bildirib ki, Kahramanmaraşda Azərbaycan məhəlləsi ölkələrimiz arasında qardaşlığın siyasi və tarixi manifestidir: “2023-cü ildə baş vermiş zəlzələdən bəhs edən cənab Prezident İlham Əliyev öz çıxışında xüsusi vurğuladı ki, Azərbaycan ilk gündən minə yaxın xilasedici və tibbi heyət göndərərək yardıma qoşuldu. Onların fədakarlığı nəticəsində 53 nəfər dağıntılar altından xilas edildi, Azərbaycan səhra hospitallarında isə 3200 insana tibbi xidmət göstərildi. Bu hadisə bir daha sübut etdi ki, Türkiyə və Azərbaycan yalnız yaxşı günlərin deyil, çətin anların da birgə yol yoldaşıdır. Cənab Prezident İlham Əliyevin çıxışdakı bu fikri bu dərin bağlılığı qəti şəkildə ifadə edir: “Azərbaycan hər zaman Türkiyənin yanında olub, Türkiyə də hər zaman Azərbaycanın yanında olub.” Azərbaycan-Türkiyə münasibətləri uzun illərdir ki, təkcə siyasi bəyanatlarda yox, konkret əməli fəaliyyətlərdə özünü göstərir. Şuşa Bəyannaməsi ilə rəsmiləşən bu müttəfiqlik cənab Prezident İlham Əliyevin sözləri ilə təsdiqlənir: “Şuşa Bəyannaməsi bizim əlaqələrimizi rəsmən müttəfiqlik səviyyəsinə qaldırmışdır.” Bu müttəfiqliyin enerji, nəqliyyat, hərbi və humanitar sahələrdə konkret nəticələri var. TANAP, BTC, BTQ kimi beynəlxalq layihələr bu əməkdaşlığın uğurlu nümunələridir. Bundan əlavə, Orta Dəhliz və Zəngəzur dəhlizi kimi yeni təşəbbüslər bu birliyin sabitlik üçün nə qədər vacib olduğunu göstərir. Kahramanmaraşda açılan Azərbaycan məhəlləsi bu strateji birliyin sosial platformasıdır. 90-dan çox binadan, 1200 mənzildən ibarət olan bu məhəllə artıq minlərlə insanın yeni evidir. Bu, sözün əsl mənasında qardaşlığın daşlaşmış simvoludur. Cənab Prezident İlham Əliyevin fikirlərində xüsusi vurğu vardır: “Bu gün Türkiyə-Azərbaycan qardaşlığı, birliyi nəinki bölgəmiz üçün, dünya miqyasında önəmli amildir, təhlükəsizlik, işbirliyi, inkişaf və qardaşlıq rəmzidir.” Türkiyə və Azərbaycanın birgə fəaliyyətləri artıq bölgənin gələcəyini formalaşdırır. Bu birlik təkcə iki ölkənin deyil, bütün Türk dünyasının geosiyasi gücünə çevrilməkdədir. Cənab Prezident İlham Əliyevin Kahramanmaraş xalqına söylədiyi bu sözlər isə dostluğun xalqdan gələn təbii təzahürünü ifadə edir: “Siz bilirsiniz və bilməlisiniz ki, Azərbaycanda sizin 10 milyon bacı-qardaşlarınız var.” Kahramanmaraşlıların göstərdiyi iradə isə bu qardaşlıq hekayəsinin ən mühüm hissəsidir” – deyə, Eltun Süleymanov fikirlərini tamamlayıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər