Kiyevə hava hücumu: ölənlər və xəsarət alanlar var
Tarix: 17-06-2025 | Saat: 08:58
Bölmə:Dünya | çapa göndər

İyunun 17-ə keçən gecədən başlayaraq Ukraynanın paytaxtı Kiyev şəhəri çoxkombinasiyalı hava hücumuna məruz qalıb.
aia.az-ın Azərtac-a istinadla verdiyi məlumata görə, Rusiya silahlı qüvvələri ilkin olaraq kütləvi hücum dronlarından istifadə edib. Kiyevdə intensiv partlayış səsləri eşidilib. Daha sonra paytaxtda müxtəlif tipli raketlər atılıb. Bununla bağlı Kiyev şəhər Hərbi Administrasiyası vətəndaşları xəbərdarlıq edib.
Kiyev şəhər meri Vitali Kliçko bildirib ki, hava hücumu nəticəsində Kiyevin bir sıra yaşayış binalarında dağıntılar qeydə alınıb. Mülki şəxslər arasında ölənlər və xəsarət alanlar var. Fövqəladə Hallar üzrə Dövlət Xidməti, təcili yardım maşınları hadisə yerindədirlər.
Hazırda da Kiyevə hava hücumu davam edir.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
17-06-2025
11:21 Çaylarda sululuq artıb