Mobil versiya
Sahibə Qafarova: “Vətən müharibəsində əldə etdiyimiz qələbə türk dünyasının daha da sıx birləşməsi üçün yeni perspektivlər açıb”
Tarix: 12-06-2025 | Saat: 13:22
Bölmə:Parlament | çapa göndər

Sahibə Qafarova: “Vətən müharibəsində əldə etdiyimiz qələbə türk dünyasının daha da sıx birləşməsi üçün yeni perspektivlər açıb”

“Türk ailəsinin fəal üzvü kimi Azərbaycan türk dünyasının birliyinin daha da güclənməsi üçün düşünülmüş tədbirlər həyata keçirir”.
Bu barədə Milli Məclisin sədri Sahibə Qafarova iyunun 12-də Astana şəhərində keçirilən TÜRKPA-nın 14-cü plenar iclasında çıxışı zamanı məlumat verib. Onun sözlərinə görə, Türk dövlətləri ilə ikitərəfli və çoxtərəfli münasibətlərin inkişaf etdirilməsi Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biridir.
Milli Məclisin sədri diqqətə çatdırıb ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə xalqımızın İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı nəticəsində öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi bütün türk dünyası üçün tarixi nailiyyət olub. Bu böyük qələbələr Azərbaycan torpaqlarının işğalına son qoymaqla yanaşı, həm də ümumi regionumuzda yeni geosiyasi reallıqlar formalaşdırıb və türk dünyasının daha da sıx birləşməsi üçün yeni perspektivlər açıb. Enerji, nəqliyyat, tranzit və digər sahələr üzrə mövcud potensialdan maksimum istifadə, yeni əməkdaşlıq formatlarının tətbiqi türk dövlətlərinin iqtisadi birliyinin daha da möhkəmlənməsini təmin edəcək.




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
13-06-2025