Mobil versiya
Türk dünyası üçün yeni bir yol xəritəsi
Tarix: 13-06-2025 | Saat: 11:11
Bölmə:Siyasət | çapa göndər

Türk dünyası üçün yeni bir yol xəritəsi

Azərbaycan-Türkiyə qardaşlığının dünyaya növbəti təqdimatı olan  Şuşa Bəyannaməsinin dördüncü  ildönümünü qeyd etməyə hazırlaşırıq. Bu tarixi addımın 15 İyun- Milli Qurtuluş Günündə atılması özündə bütün çağırışları ehtiva edir. Bəyannamədən irəli gələn öhdəliklərin yerinə yetirilməsi ölkələrimiz arasında müxtəlif sahələri əhatə edən əməkdaşlığın dərinləşməsinə, regional inteqrasiyaya və təhlükəsizliyə xidmət edir, eyni zamanda, Azərbaycanın və Türkiyənin milli gücünün artmasını, dünyada söz və nüfuz sahibi kimi mövqeyinin daha da möhkəmlənməsini şərtləndirir.  İkinci Qarabağ müharibəsindən sonra yaranan reallıqlar əsasında, həmçinin  Qars müqaviləsinin 100-cü ildönümü ərəfəsində Azərbaycan ilə Türkiyə arasında  imzalanan Şuşa Bəyannaməsi “Bir millət, iki dövlət” olmağımızın yeni bir sübutudur. Tarixi Zəfərimizdən ötən beş ilə yaxın dövrün  hadisələrinin xronologiyasına diqqət yetirdikdə hər bir önəmli məqamda Türkiyə və Azərbaycan Prezidentlərinin biri-birinin  yanında olduğunu böyük qürur hissi ilə qeyd edirik. 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatının imzalanmasından sonra Azərbaycanın Qələbəsinin, hərbi qüdrətinin, eyni zamanda, ermənilərin illərdir apardıqları «yenilməz erməni odusu» mifinin dağılmasının dünyaya təqdimatı olan Zəfər paradında  Türkiyə-Azərbaycan birliyi bir daha dünyaya nümayiş olundu. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəfər paradında iştirak etmək üçün ölkəmizə səfəri çərçivəsində dövlət başçısı İlham Əliyev ilə keçirdikləri görüşdən sonra mətbuata bəyanatında səsləndiridyi fikirləri bir daha yada salmaq istərdik: “Bu gün tarixi gündür. Ona görə ki, bu Zəfər paradında türk və Azərbaycan əsgərləri çiyin-çiyinə Azadlıq meydanından keçdilər. Bizim təkcə Bakı şəhəri yox, bütün şəhərlərimiz indi Türkiyə və Azərbaycan bayraqları ilə bəzədilib. Əvvəllər də belə olub. Təbii ki, müharibə dövründə bu, daha da geniş vüsət almışdır. Bu, insanların ürəyindən gələn duyğulardır. Bu, əsrlərboyu qoruduğumuz sərvətdir. Bizim üstünlüyümüz ondadır ki, həm xalqlar, həm liderlər bir yerdədir, bir-birinə qardaş deyir. Eyni zamanda, biz bütün məsələlərdə bir yerdəyik. Ağır günlərdə də bir yerdə olmuşuq, gözəl günlərdə, sevincli günlərdə, bugünkü kimi gündə də biz birlikdəyik və bu, təbiidir.”  Bu gün Türkiyə- Azərbaycan birliyi təkcə xalqlarımız üçün deyil, bölgə üçün, dünya üçün çox böyük önəm daşıyır. Çünki siyasətimiz əməkdaşlığa, ölkələr arasındakı işbirliyinə hesablanıb. Şuşa Bəyannaməsi iqtisadi və enerji əməkdaşlığı, dostluğu olmaqla yanaşı, həm də türk dünyası üçün yeni bir yol xəritəsi kimi qəbul edilir. Türkiyə və Azərbaycan birliyini bir daha bütün dünyaya nümayiş etdirən bu Bəyannamə əsrlərdir davam edən qardaşlığımızın rəsmiləşdirilməsidir.  Qürurverici haldır ki, Azərbaycan və Türkiyə dünya miqyasında mənəvi-siyasi cəhətdən bir-birinə ən yaxın ölkələrdir. Bizi birləşdirən bir çox amil vardır: tarix, mədəniyyət, etnik köklər, dil, din, milli dəyərlər, milli maraqlar və xalqlarımızın qardaşlığı. Bütün bunlar  sarsılmaz birliyimizi təmin edir. Bu gün Azərbaycan və Türkiyə ortaq siyasi iradə və birgə fəaliyyətlə gələcək hədəflərə çatmaq əzmində olan nadir müttəfiqlik nümunəsidirlər.

Nihad Pənahov
YAP Tovuz rayon təşkilatının sədri 



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
13-06-2025