Mobil versiya
Toyda dava - Müğənni və qardaşı saxlanıldı
Tarix: 12-06-2025 | Saat: 13:08
Bölmə:Şou-biznes | çapa göndər

Toyda dava -

Ağdaşda toyda musiqiçilərlə qonaq arasında dava-dalaş olub.

aia.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə iyunun 10-da axşam saatlarında rayonun Yuxarı Qəsil kəndində yerləşən “Ağ Saray” şadlıq sarayında qeydə alınıb.

Belə ki, toydakı dava zamanı xəsarət alan 1961-ci il təvəllüdlü Namis Hüseynov xəstəxanaya yerləşdirilib. Onun xəsarətlərinin dərəcəsinin müəyyən olunması məqsədilə ekspertiza təyin edilib.

Məlum olub ki, N.Hüseynov toyda mahnı sifarişi üstündə 1989-cu il təvəllüdlü müğənni Orxan Hüseynov və onun rəhbərlik etdiyi “Bəyoğlan” ansamblında yer alan 1987-ci təvəllüdlü qardaşı Tural tərəfindən döyülüb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Şəki regional qrupundan sorğumuza cavab olaraq bildirilib ki, zərərçəkmişin xəsarəti ilə bağlı müvafiq ekspertiza təyin olunub, əməli törətməkdə şübhəli bilinən 2 nəfər saxlanılıb.

Faktla bağlı ərazi üzrə polis orqanında istintaq araşdırmaları aparılır.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
13-06-2025