Mobil versiya
Fəlakətin qarşısı son anda alındı!
Tarix: 11-06-2025 | Saat: 21:19
Bölmə:Özəl | çapa göndər

Fəlakətin qarşısı son anda alındı!

Şanlıurfanın Bozova rayonunda Atatürk Barajı gölünün yaxınlığında meşə yanğını baş verib. Əkin sahəsinə yayılan alov yanacaqdoldurma məntəqəsinə keçməzdən əvvəl son anda söndürülüb. Alınan məlumata görə, yanğın Şanlıurfanın Bozova rayonunda Atatürk Barajı gölünün yaxınlığındakı meşəlik ərazidə baş verib. Yanğın naməlum səbəbdən Şanlıurfa-Adıyaman avtomobil yolunda meşəlik ərazidə baş verib. Yanğınla əlaqədar əraziyə yanğınsöndürmə briqadaları göndərilib. Hadisə yerinə gedən qruplar yanğına müdaxilə etməyə çalışıb.

Külək nəticəsində genişlənən yanğın buğda sahəsinə keçib. Alov sürətlə yolun kənarındakı yanacaqdoldurma məntəqəsinə doğru irəliləyib. Sürücülər alovun yanacaqdoldurma məntəqəsinə keçməsinin qarşısını almaq üçün maşınlarını saxlayaraq yanğınsöndürənlərin köməyinə gəliblər. Nəzarət altına alınan yanğında çoxlu şam ağacları və əkin sahələrinə ziyan dəyib.

Yanğının başvermə səbəbləri ilə bağlı araşdırma aparılır.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
12-06-2025