Şuşa Bəyannaməsi: Qardaşlığın əbədi simvolu
Tarix: 11-06-2025 | Saat: 17:46
Bölmə:Siyasət | çapa göndər

Ulu Öndər Heydər Əliyevin «Bir millət, iki dövlət» tezisini əks etdirən «Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi»nin imzalanması ilə iki qardaş ölkə arasındakı münasibətlərin yeni inkişaf mərhələsi başladı
2021-ci ilin iyun ayının 15-də, Milli Qurtuluş Günündə Ermənistanın işğalından azad olunmuş Şuşa şəhərində imzalanan Bəyannamə müstəqillik salnaməmizə ələamətdar hadisə kimi yazıldı. Tarixi Qars müqaviləsindən 100 il sonra Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın imzaladıqları Şuşa Bəyannaməsinin özünəməxsus tarixi, hüquqi və siyasi əhəmiyyəti var. Hər iki qardaş ölkə arasındakı münasibətlərin bütün sahələrini əhatə edən Bəyannaməni əməkdaşlığın yol xəritəsi adlandaranların sözlərində həqiqət var. İqtisadi inkişafın, siyasi birliyin, milli təhlükəsizliyin təminatı kimi mühüm məsələləri əks etdirən sənəd hər iki qardaş ölkəyə qarşı xarici hərbi və siyasi təhdidlərin neytrallaşdırılmasında və ya onlara qarşı balans yaradılmasında xüsusi əhəmiyyət kəsb edir. Bəyannamədə qeyd edildiyi kimi, qarşılıqlı olaraq bir dövlətin təhlükəsizliyi, ərazi bütövlüyü üçün yaranan təhlükə digəri üçün də təhdid kimi qəbul edilir və lazımi tədbirlərin həyata keçirilməsi öhdəliyi yaradır. Başqa sözlə deyilsə, hər iki qardaş ölkə beynəlxalq hüququ əsas tutmaqla öz diplomatik, siyasi, hərbi, iqtisadi və sosial-mədəni münasibətlərini oxşar, bəzi məqamlarda eyniləşən birgə maraqları baxımından təkmilləşdirəcək. Şuşa Bəyannaməsindəki «Türkiyə Respublikası və Azərbaycan Respublikası müstəqillik, suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı, dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərini rəhbər tutaraq müttəfiqlik münasibətlərinin qurulmasının siyasi və hüquqi mexanizmlərini müəyyən edirlər» sözlərdə iki ölkənin əməkdaşlıq proseslərinin sərhədləri, istiqamətləri açıqlanır. «Bu səfərin tarixi əhəmiyyəti var. Çünki bu gün imzalanmış Birgə Bəyannamə - Müttəfiqlik haqqında Bəyannamə əlaqələrimizi ən yüksək zirvəyə qaldırır. Bəyannamənin adı Müttəfiqlik haqqında Bəyannamədir və bu ad özü-özlüyündə hər şeyi göstərir, hər şeyi deyir. Biz bu gün keyfiyyətcə yeni əlaqələr qurmuşuq və bu Bəyannamədə göstərilən bütün müddəalar bizim gələcək iş birliyimizin təminatçısıdır» söyləyən Prezident İlham Əliyevin vurğuladığı kimi, Türkiyə və Azərbaycan arasındakı tarixi, mənəvi, ortaq etnik köklərə bağlılıq, eyni dinə mənsubluluq, oxşar dilimiz, dinimiz, milli dəyərlərimiz, milli maraqlarımız, xalqlarımızın qardaşlığı həmrəyliyi dünya miqyasında nadir əməkdaşlıq, iş birliyi nümunəsidir. «İkinci Qarabağ müharibəsi başlanan gündən, ilk saatlardan əziz qardaşım, sayın Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan Azərbaycana birmənalı, dəqiq və açıq dəstək ifadə etmişdir. Müharibənin ilk saatlarından o demişdir ki, Azərbaycan tək deyil. Bu, həm bizi ruhlandırdı, eyni zamanda, müdaxilə etmək fikrində olan bütün qüvvələri, dairələri dayandırdı, durdurdu. Dedi ki, Türkiyə Azərbaycanın yanındadır və müharibənin ilk saatlarından son dəqiqələrinə qədər əziz qardaşımın və Türkiyə Cümhuriyyətinin, qardaş türk xalqının dəstəyi bizə əlavə güc verirdi. Bu siyasi və mənəvi dəstək bizi ruhlandırırdı» söyləyən Prezident İlham Əliyevin qardaş ölkənin televiziya kanallarına müsahibələrinin geniş miqyasda yayımlanması, Azərbaycanın haqq səsinin dünya ictimaiyyətinə çatdırılması baxımından mənəvi dəstək idi. Vətən müharibəsindən sonra Bakıda keçirilən Zəfər paradını hər iki qardaş ölkə başçısının birgə izləmələri işğalçı Ermənistana və onun havadarlarına gözdağı oldu.
15 iyun 2021-ci ildə bölgənin geosiyasi mənzərəsini dəyişəcək, Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsinə, region dövlətləri arasında münasibətlərin normallaşdırılması və uzunmüddətli sülhün təmin edilməsi naminə irəli sürülən təşəbbüslərin qardaşlığın gücü ilə tənzimlənməsi kimi öhdəliyi əks etdirən Bəyannamə bütün sahələr üzrə inteqrasiyanı sürətləndirdi. Qeyd olunduğu kimi, siyasi-diplomatik, milli-mənəvi, həm də hərbi-strateji əhəmiyyəti ilə seçilən, daha etibarlı işbirliyinin ifadəsi olan, rəmzi məna daşıyan Bəyannamə regionda yeni geosiyasi konfiqurasiya yaratmaqla regional və beynəlxalq strateji məsələlərdə fəaliyyətlərin qarşılıqlı şəkildə əlaqələndirilməsinə istiqamətlənib. Sənəddə türk birliyini daha da möhkəmləndirəcək, Azərbaycanın tarixi ərazisi olan Naxçıvan Muxtar Respublikasını digər regionlarla, xüsusilə Türkiyə ilə əlaqəsini bərpa edəcək Zəngəzur dəhlizinin bərpası zəruriliyini xüsusilə qeyd olunması Bəyannamənin əhəmiyyətini daha da artırır..
Türkiyənin hərbi qüdrətini «Kızılelma” havada», «Altay»” və «Togg” quruda», «Anadolu dənizdə» kəlamları ilə ifadə edən, iki qardaş ölkənin sarsılmaz birliyini « Atam demişkən, «Bir millət, iki dövlət”, əlavə də etmək istəyirəm, «Bir yumruq!» qətiyyəti ilə diqqətə çatdıran Prezident İlham Əliyevin sözləri qardaş ölkənin qüdrətinin alqışlanması Azərbaycanla Türkiyənin həmrəylik nümunəsi idi.
Türkiyə Cümhuriyyətinin yaradılmasının 100-cü ildönümündə, daha güclü həmrəyliyə ehtiyac duyulduğu dünyamızda iki qardaş xalqın sarsılmazlığının ifadəsi olan bu səmimiyyətə şahidlik edən qonaqlar, dövlət başçıları, beynəlxalq təşkilatların nümayəndələri həqiqi səmimiyyətin nəyə qadir olduğunu hiss etdilər. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın «Gün bir olmaq, bərabər olmaq, min illik qardaşlığımızı daha da möhkəmləndirmək günüdür. Gün övladlarımızın aydın sabahlarına sahib çıxmaq günüdür... Birlikdə «Türkiyə yüzilliyi»”nin inşası üçün çiyin-çiyinə çalışmalıyıq”» sözləri başda Azərbaycan olmaqla türk dünyasını birlik və həmrəyliyə çağırış idi. Bu güvənin ən bariz ifadəsi Prezident Rəcəb Tayyib Ərdoğanın azərbaycanlı həmkarı İlham Əliyevə ünvanladığı: «Əziz qardaşım İlham Əliyev lap əvvəldən mərkəzi Pazarcık olan zəlzələdə bizi heç vaxt yalnız qoymadı. İlk andan etibarən axtarış-xilasetmə heyətləri Kahramanmaraşda bizimlə birlikdə oldu. Onunla da kifayətlənmədi, daha sonra İlham qardaşım Kahramanmaraşda min evin inşa ediləcəyinə söz verdi. Təbii ki, orada məktəbi, məscidi, yataqxanası və yaşayış binaları olan bir Azərbaycan şəhəri inşa etməyi qərara aldı. Bu gün fürsətdən istifadə edərək, indi onun təməlini qoyacağıq» minnətdarlıq sözləri artıq reallıqdır.
Deyilənlər Prezident İlham Əliyevin aforizmə çevrilən «Bu gün dünya xəritəsinə baxsaq, görərik ki, bizim qədər bir-birinə bağlı olan, bir-birinin hər zaman yanında olan ikinci ölkələr yoxdur. Bizi birləşdirən həm ortaq tarix, din, mədəniyyət, dil, ədəbiyyat, eyni zamanda bizim siyasətimizdir. Türkiyə və Azərbaycan dünya miqyasında müstəqil siyasət yürüdən ölkələrdir. Türkiyənin gücü bizim gücümüzü artırır» sözlərinin təkrarolunmaz reallığıdır.
Bayram Xudayarov
Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı,
“Heydər Əliyev məktəbinin davamçıları” Feysbuk qrupunun təsisçisi və rəhbəri,
YAP-ın fəal üzvü
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
12-06-2025