Mobil versiya
İranın nüvə bombası hazırlamasına icazə verilməyəcək - Tramp
Tarix: 11-06-2025 | Saat: 17:29
Bölmə:Dünya | çapa göndər

İranın nüvə bombası hazırlamasına icazə verilməyəcək -


ABŞ Prezidenti Donald Tramp İranın nüvə sazişinə inamının azaldığını deyib.

aia.az xəbər verir ki, o, bu barədə “New York Post”a müsahibəsində bildirib.

“Deyəsən, onlar vaxtı uzadır. Bu, təəssüf doğurur. İndi bir neçə ay əvvəl olduğum qədər arxayın deyiləm. Onlara nəsə oldu və indi razılaşmanın həyata keçəcəyinə daha az inanıram. Lakin onlar razılığa gəlməsələr belə, nüvə silahına sahib olmayacaqlar”, - Ağ Ev lideri qeyd edib.

Tramp İranın nüvə bombası hazırlamasına icazə verilməyəcəyini vurğulayıb.

“Ancaq bunu müharibəsiz, insanlar ölmədən etmək daha gözəl olardı”, - Tramp əlavə edib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
12-06-2025