Uzaqda olan dost və ya Vyetnamla – Azərbaycanın yaxınlaşan qəlb coğrafiyası
Tarix: 13-05-2025 | Saat: 09:45
Bölmə:Siyasət | çapa göndər

Dünyada elə ölkələr var ki, coğrafi baxımdan bir-birindən uzaq görünür, amma ruhən yaxınlıq onları birləşdirir. Azərbaycanla Vyetnam arasında məsafə minlərlə kilometr, fərqli zaman zonaları, iqlimlər və mədəniyyət kodları ilə ölçülür. Amma mayın 7-də Bakıda baş verənlər sübut etdi ki, məsafələr siyasətin yox, iradənin, düşüncənin və dəyərlərin məsafəsidir. Bu gün Vyetnam bizə yalnız uzaqdakı bir ölkə deyil – yaxın bir baxış, ortaq bir niyyət, dost bir ölkədir. Cənab Prezident İlham Əliyevin Vyetnamın Kommunist Partiyasının Baş katibi To Lam ilə mətbuat qarşısındakı çıxışı yalnız rəsmi sözlərdən ibarət deyildi. Bu, həm də bir həqiqətin dilə gəlməsi idi – Azərbaycan və Vyetnam eyni dünya görüşünün fərqli qitələrdəki daşıyıcılarıdır. “Bu, çox ciddi siyasi sənəddir… Vyetnam-Azərbaycan əlaqələrini daha yüksək pilləyə qaldıran bir sənəddir,” – Prezident Əliyevin “Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyanat”la bağlı söylədiyi bu sözlər əslində bir dönüş nöqtəsinin açarıdır. Bu həm də iki xalqın ortaq mübarizə ruhudur. Vyetnam XX əsrdə müstəmləkəçiliyə, imperializmə, zorakılığa qarşı mübarizənin simvollarından birinə çevrildi. Azərbaycan isə əsrin sonlarında öz suverenliyi uğrunda bənzər mübarizələr keçdi. Bu iki xalqın tarix yaddaşında dirəniş, əyilməzlik, torpaq sevgisi və müstəqillik eşqi oxşardır. Bu yaxınlıqlar diplomatik protokollarda yazılmasa da, xalq yaddaşında dostluğu doğuran ən mühüm kodlardır. Bəyanarda cənab Prezident İlham Əliyev də bu dəyərləri dilə gətirdi: “Bütün məsələlər ölkələrin ərazi bütövlüyü, suverenliyi, sərhədlərin toxunulmazlığı əsasında – beynəlxalq hüquq çərçivəsində öz həllini tapmalıdır.” Bu fikirlər sadəcə siyasi bəyanat deyil, xalqın iradəsinin dövlət dilində ifadəsidir. Eyni zamanda enerjiyə yeni baxış formalaşır, neftdən yaşıl gələcəyə doğru layihələr gündəm olur. Vyetnamla enerji əməkdaşlığı artıq neftlə məhdudlaşmır. Cənab Prezident İlham Əliyev bunu çox aydın şəkildə dedi: “İmzalanmış kontraktlar 5 il bundan sonra bizə 6500 meqavat gücündə yeni enerji, təmiz enerji güclərini qazandıracaq və Vyetnam şirkətlərini investisiya qoymağa dəvət etdik.” Bu çağırış təkcə iqtisadi deyil, həm də əxlaqi çağırışdır – təmiz enerji ilə təmiz niyyətləri birləşdirməkdir. Azərbaycan qlobal enerji gündəmində artıq yalnız hasilatçı deyil, həm də yaşıl gələcəyin aparıcı iştirakçısı olmaq istəyir. Vyetnam kimi inkişafda olan, enerji çevrilməsinə maraqlı bir ölkə üçün bu birlik yeni fürsətlər deməkdir. Beləcə də ticarət yalnız alqı-satqı deyil – bu, qarşılıqlı inamdır. İki ölkə arasında ticarət dövriyyəsinin hələ ki neft satışından asılı olması cənab Prezident İlham Əliyevin səmimi etirafı ilə bəyan edildi: “Neft satışı yüksək səviyyədə olanda ticarət dövriyyəsi artır, azalanda azalır… Biz ticarət dövriyyəmizi daha da balanslaşdırılmış formada görmək istərdik.” Bu cümlə həm realist, həm də uzaqgörən bir dövlət baxışıdır. Çünki davamlı ticarət üçün davamlı infrastruktur, şəffaf informasiya və qanunvericilik bazası lazımdır. Cənab Prezident də haqlı olaraq bildirir ki, qanunlar, investisiya qaydaları, vergi inzibatçılığı “biznes dairələri üçün aydın olmalıdır.” Təbii ki, bir olmaq, birlik olmaq nə təkcə enerji, nə də ticarətdir – bu, həm də ruhun yaxınlığıdır. Azərbaycan və Vyetnamın beynəlxalq təşkilatlarda – xüsusilə BMT və Qoşulmama Hərəkatında – eyni mövqedən çıxış etməsi heç də təsadüfi deyil. Bu, bir dəyərlər ortalığının nəticəsidir. Cənab Prezidentin sözləri ilə desək: “Biz bu gün, eyni zamanda, beynəlxalq hüququn aliliyi haqqında fikir mübadiləsi apardıq və burada da heç bir fikir ayrılığı yoxdur… Biz demək olar ki, vahid mövqedən çıxış edirik.” Bu mövqelər dövlət maraqları ilə yanaşı, insani və etik prinsiplərdən də qaynaqlanır. Nəqliyyat körpüsünə gəlincə bu əslində fiziki deyil, siyasi yaxınlaşma xəritəsidir. İki ölkə arasında məsafə çoxdur – minlərlə kilometr. Amma artıq bu məsafə siyasi maraqlarla qısaldılır. Azərbaycan və Vyetnam Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizləri vasitəsilə birləşmək niyyətindədir. Cənab Prezident Əliyevin dediyi kimi: “Bizi birləşdirən nəqliyyat infrastruktur layihələri haqqında da bu gün danışdıq… qarşılıqlı ticarəti stimullaşdıra bilərik.” Bu, yalnız malların yerinin dəyişməsi deyil – qitələrarası yeni iqtisadi arteriyaların dövranı deməkdir. Bu həm də baxışların yaxınlığı deməkdir. Cənab Prezident İlham Əliyev çıxışının sonuna doğru məsafə ilə ruh arasında olan fərqi incə bir şəkildə ifadə edir: “Baxışlarımızda da bir çox oxşarlıq var. Baxmayaraq ki, aramızdakı məsafə kifayət qədər uzundur…” Bu cümlə publisist qələmin altından çıxsa, təbii ki, belə yazılar: Qitələr bizi ayıra bilər, lakin düşüncə oxşarlığı bizi birləşdirir. Əminliklə demək olar ki, İki ölkə, bir yol – strateji baxış və dost niyyəti ilə hədəfə doğru qətiyyətlə addımlayır. Mayın 7-də Bakıda səslənən sözlər nə diplomatik jest, nə də formallıq idi. Bu, yeni dünyanın yeni dostluq modelinə nümunə idi. Siyasət, iqtisadiyyat və mədəniyyət bir-birini tamamladı, baxışlar birləşdi, qitələr yaxınlaşdı. Azərbaycan və Vyetnam indi sadəcə tərəfdaş deyil – məsafələrə qalib gəlmiş iki suveren ruhdur. Bu ruh isə yalnız bugünkü nəsli deyil, gələcək nəsilləri də birləşdirəcək bir niyyətin təməlini qoyur.
Arif Fərzəliyev ,
YAP Cəbrayıl rayon təşkilatının sədri.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
13-05-2025
12-05-2025