Azərbaycanı və Vyetnamı yarım əsrdən artıq tarixə malik dostluq münasibətləri birləşdirir
Tarix: 12-05-2025 | Saat: 10:22
Bölmə:Siyasət | çapa göndər

“Azərbaycanın xarici siyasətinin dəyişməz prinsipləri yeni dostlar qazanması ilə yanaşı, ənənəvi tərəfdaşlarla əlaqələrini yüksələn xətlə inkişaf etdirməsini şərtləndirir. Dövlət başçısı İlham Əliyevin bu günlərdə Vyetnam Sosialist Respublikasının “Vietnam News Agency” agentliyinə müsahibəsi, eyni zamanda, Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın ölkəmizə dövlət səfəri özündə bu mühüm məqamlara bir daha aydınlıq gətirdi. Azərbaycan-Vyetnam əlaqələri tarixi köklərə əsaslanır, qarşılıqlı hörmət və etimad üzərində qurulub. Dövlət başçısı İlham Əliyev “Vietnam News Agency” agentliyinə müsahibəsində də öncə bu reallığı diqqətə çatdırdı ki, Azərbaycanı və Vyetnamı yarım əsrdən artıq tarixə malik dostluq münasibətləri birləşdirir. Belə ki, 1959-cu ildə Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Min Azərbaycan SSR-ə səfər edib. O dövrdə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsini tutan Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev 1983-cü ildə Vyetnamda səfərdə olub. Bu əlamətdar səfərlər ölkələrimiz arasında əməkdaşlığın inkişafının möhkəm təməlinə çevrilib.
Dövlət başçısı İlham Əliyevin 2014-cü ildə Vyetnama, 2015-ci ildə isə Vyetnam Sosialist Respublikasının Prezidenti cənab Çıonq Tan Şanqın Azərbaycana rəsmi səfəri iki dövlət arasında münasibətlərdə yeni səhifə açdı. Prezident Çıonq Tan Şanqın səfəri çərçivəsində rəsmi şəxslərlə yanaşı, neft-qaz, energetika, inşaat, informasiya-kommunikasiya, maliyyə, sənaye, ticarət, turizm, nəqliyyat, əczaçılıq və digər sahələrin işgüzar dairələrinin iştirakı ilə Birinci Azərbaycan-Vyetnam biznes forumu keçirildi. Təbii ki, hər bir ölkənin iqtisadi imkanlarının təqdimatında biznes forumlar xüsusi əhəmiyyət kəsb edir. Müxtəlif sahələrdə əməkdaşlığın inkişafı, qarşılıqlı fəaliyyətin yeni istiqamətlərinin müəyyənləşdirilməsi məqsədilə iqtisadi, ticarət, elmi və texniki əməkdaşlıq üzrə Azərbaycan-Vyetnam Hökumətlərarası Komissiyası da yaradılıb. Göründüyü kimi, tərəflər əlaqələrin inkişafında maraqlı olduqlarını atdıqları addımları ilə nümayiş etdirirlər. Bu günlərdə Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın ölkəmizə dövlət səfəri çərçivəsində imzalanan sənədlər də yarım əsrdən artıq tarixə malik Azərbaycan-Vyetnam münasibətlərinin gələcək inkişafı üçün böyük potensialın olduğunu nümayiş etdirdi”. Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.
Millət vəkili qeyd edib ki, Prezident İlham Əliyev sözügedən səfərdən öncə “Vietnam News Agency” agentliyinə müsahibəsində perspektivləri açıqladı: “Səfəri Azərbaycan-Vyetnam əməkdaşlığının inkişafında mühüm mərhələ kimi qiymətləndirən dövlətimizin başçısı vurğuladı ki, siyasi dialoqa, iqtisadi-ticari əlaqələrə, həmçinin humanitar və mədəni mübadiləyə xüsusi diqqət yetiriləcək. Bundan başqa, partiyalararası dialoqun inkişafına ayrıca əhəmiyyət verilir. Yeni Azərbaycan Partiyası ilə Vyetnam Kommunist Partiyası arasında əməkdaşlıq müsbət dinamika nümayiş etdirir. Səfər siyasi və ideoloji zəmində qarşılıqlı fəaliyyətin yüksək səviyyəsinin əlavə təsdiqi olacaq, Azərbaycanla Vyetnam arasında münasibətlərin dostluq və qarşılıqlı hörmət ruhunda inkişafı üçün yeni üfüqlər açacaq.
Dövlət başçısı İlham Əliyev və Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lam mətbuata bəyanatlarında səfər zamanı keçirdikləri məhdud və geniş tərkibdə görüşlərdə müzakirə olunan məsələlərdən, əldə edilən razılaşmalardan, dünənə baxış əsasında qarşıdakı dövr üçün müəyyənləşdirilən hədəflərdən geniş bəhs etdilər. Səfər zamanı imzalanan sənədlərin hər birinin gələcək üçün nəyi vəd etdiyinə də xüsusi diqqət yönəldildi. Prezident İlham Əliyevin və Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın qəbul etdikləri “Azərbaycan Respublikası ilə Vyetnam Sosialist Respublikası arasında Strateji Tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanat”ın perspektivləri geniş təhlil edildi. Münasibətlərin gələcək inkişafının yol xəritəsi olan bu sənəd bütün sahələrdə əməkdaşlığın daha da dərinləşdirilməsini təmin edəcək”.
Malik Həsənov vurğulayıb ki, müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın inkişafı üçün mövcud imkanlar təhlil edildi: “Hər iki ölkədə sənayenin bu sahəsi kifayət qədər inkişaf edib. Dövlət başçısı İlham Əliyevin “Burada da səylərin birləşdirilməsi, birgə müəssisələrin yaradılması və qarşılıqlı əməkdaşlıq fayda gətirə bilər” çağırışının davamı olaraq To Lam bu perspektivi açıqladı ki, müdafiə və təhlükəsizlik sahələrində əlaqələri fəallaşdırmalıyıq, informasiya təhlükəsizliyi, transmilli cinayətkarlıq və kibercinayətkarlıqla mübarizə sahələrində münasibətlərimizi inkişaf etdirməliyik”.
Millət vəkili bildirib ki, hər iki ölkənin beynəlxalq təşkilatlardakı birgə fəaliyyəti də çox ürəkaçandır. Cənab İlham Əliyevin mətbuata bəyanatında qeyd etdiyi kimi, Vyetnam bir neçə il bundan əvvəl Azərbaycanı BMT Təhlükəsizlik Şurasında çox ciddi dəstəkləmişdir və buna görə biz minnətdarıq. Eyni zamanda, Qoşulmama Hərəkatı çərçivəsində birgə fəaliyyət göstəririk. Azərbaycan bu təsisata 4 il sədrlik etmişdir və çox gözəl bir iz buraxmışdır. Bu gün Qoşulmama Hərəkatının daha da sanballı təsisat kimi fəaliyyəti hər iki ölkənin marağındadır.
Malik Həsənov qeyd olunanlara əsasən bu qənaəti açıqlayıb ki, qarşılıqlı etimada, hörmətə və səmimiyyətə əsaslanan əməkdaşlıq daim yüksələn xətlə inkişaf edir: “Ədalətin və beynəlxalq hüququn yanında olan Azərbaycana dəstək yüksək səviyyədədir. To Lam bu çağırışı etdi ki, biz mübahisələrin dinc yolla həllini, beynəlxalq hüquqa, o cümlədən BMT-nin 1982-ci il tarixli Dəniz Hüququ Konvensiyasına uyğun olaraq, gücdən istifadə etməmək və onun istifadəsi ilə hədələməmək kimi prinsiplərin vacibliyini bildirdik. İki ölkə rəhbərlərinin qətiyyəti ilə ikitərəfli münasibətlərimizin bundan sonra da xalqlarımızın rifahı, eləcə də regionda və dünyada sülh, sabitlik, əməkdaşlıq naminə inkişaf edəcəyinə əminik”.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər