Millət vəkili Asif Əsgərov cüdocularla görüşdü -Fotolar
Tarix: 01-05-2025 | Saat: 12:00
Bölmə:Gündəm | çapa göndər

23–27 aprel tarixlərində Azərbaycan cüdoçuları Monteneqroda keçirilən böyüklər arasında Avropa çempionatında yüksək nəticələrlə iştirak etmişdirlər. Cüdocularımız çempionatı 5 medalla başa vurmuşdur.
Milli komandamız Podqoritsa şəhərində baş tutan qitə yarışında 1 gümüş və 4 bürünc medal əldə etmişdirlər. -100 kq çəki dərəcəsində tatamiyə çıxan Zelim Kotsoyev gümüş medala yiyələnmi, Əhməd Yusifov (-60 kq), Rəşid Məmmədəliyev (-73 kq), Zelim Tçkayev (-81 kq) və Murad Fətiyev (-90 kq) bürünc medal qazanmışdırlar.
Avropa Cüdo Federasiyasının rəsmi dəvətinə əsasən Azərbaycan Respublikası Milli Məclisin Gənclər və İdman Komitəsinin üzvü, millət vəkili, Azərbaycan Cüdo Federasiyası İdarə Heyətinin üzvü Asif Əsgərov Monteneqronun Podqoritsa şəhərində keçirilən Avropa çempionatına dəvət olunmuşdur.
Millət vəkili Asif Əsgərov Monteneqroda keçirilən Avropa çempionatının bürünc mükafatçısı Rəşid Məmmədəliyevin və komandalar arasında keçirilən yarışın mükafatlandırılma mərasimlərində də iştirak etmişdir.
Qeyd edək ki, çempionatın bürünc mukafatçısı 73 kq çəki dərəcəsində Rəşid Məmmədəliyev (məşqçisi Əli Dərvişov) ”Atilla” İdman Klubunun yetirməsidir.
Bu gün Azərbaycan Cüdo Federasiyası İdarə heyətinin üzvü, Millət vəkili Asif Əsgərov “Atilla” İdman Klubunda cüdocular və məşqçi heyəti ilə görüş keçirmişdi.
Görüş zamanı millət vəkili Asif Əsgərov bildirdi ki, Azərbaycanın beynəlxalq aləmdə idman ölkəsi kimi tanınmasını və mötəbər arenalarda bayrağımızın dalğalanmasını şərəf və qürürla seyr ediriik. Bütün bu naliyyətlərin təməlində məhz dövlətin uğurlu idman siyasəti dayanır. Ölkəmizdə idmana olan diqqət və qayğı dövlət siyasətinin əsasını təşkil edir.
Qeyd etdi ki, Möhtərəm Prezidentimiz cənab İlham Əliyev idmanın inkişafı üçün bütün zəruri tədbirlərin həyata keçirilməsində, eyni zamanda Azərbaycan Cüdo Federasiyasının Beynəlxalq Cüdo Federasiyası ilə uğurlu əməkdaşlığına və Azərbaycanın bu qurumun fəal üzvlərindən biri olmasına böyük şərait yaradıb. Bundan sonra da Respublikamızda cüdo idman növünün dahada inkişafı istiqamətində bir sıra işlər həyata keçirilməkdədir.
Millət vəkili sonda qalib cüdoçumuz və onun məşqçisini mükafatlandıraraq, bir daha klubun bütün idmançılarına gələcək yarışlarda daha boyuk uğurlar qazanmağı arzuladı.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
01-05-2025