Mobil versiya
Vanda sərnişin avtobusu aşdı: 28 yaralı..
Tarix: 01-05-2025 | Saat: 09:24
Bölmə:Özəl | çapa göndər

Vanda sərnişin avtobusu aşdı: 28 yaralı..

Vanın Gevaş rayonunda sərnişin avtobusunun aşması nəticəsində baş verən yol qəzasında ilkin məlumata görə, 28 nəfər xəsarət alıb.
Əldə edilən məlumata görə, qəza Van-Bitlis avtomobil yolunun Akdamar adası yaxınlığında baş verib.
Sürücünün adı məlum olmayan 44 AJ 999 dövlət nömrə nişanlı "Mercedes" markalı sərnişin avtobusunun aşması nəticəsində baş verən yol qəzasında ilkin məlumata görə, 28 nəfər xəsarət alıb. Qəzanın ardından bölgəyə çox sayda təcili yardım, jandarma, polis və Gevaş Xilasetmə Müdirliyi qrupları sövq edilib. Yaralılar avtobusun arxa şüşəsindən və havalandırmadan çıxarılaraq sağlamlıq qruplarına təhvil verilib. Hadisə yerində ilkin tibbi yardım göstərildikdən sonra yaralılar təcili tibbi yardım maşını ilə xəstəxanalara çatdırılıblar. Qəza ilə bağlı araşdırmalara başlanılıb.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
01-05-2025