Gürcüstanın baş naziri Antalya Diplomatik Forumunda iştirak edəcək
Tarix: 10-04-2025 | Saat: 22:30
Bölmə:Özəl | çapa göndər

Gürcüstanın baş naziri İrakli Kobaxidze aprelin 11-13-də Türkiyədə keçiriləcək Antalya Diplomatik Forumunda iştirak edəcək.
2025-ci il forumunun əsas mövzusu “Parçalanmış dünyada diplomatiyanın bərpası”dır. Forum artıq dördüncü dəfədir keçirilir. İlk Antalya Diplomatik Forumu 2021-ci ildə keçirilib.
Kobaxidze xarici işlər naziri Maka Boçorişvili ilə birlikdə Antalya Diplomatik Forumunda iştirak edəcək. Antalyada Diplomatik Forumda bir araya gələn dünya liderləri, siyasətçiləri, alimləri, iş adamları, media və vətəndaş cəmiyyəti nümayəndələri müasir dünyada diplomatiyanın üzləşdiyi çağırışlar, eləcə də diplomatiyanın rolu və əsas prinsipləri, münaqişələrin həlli alətləri və vasitəçilik strategiyalarını müzakirə edəcəklər.
Forum Türkiyə Xarici İşlər Nazirliyinin himayəsi altında keçirilir.
aia.az
Tərcümə şöbəsi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
18-04-2025