Mobil versiya
Sahibə Qafarova Mərakeş Krallığı Müşavirlər Palatasının sədri ilə görüşüb -Fotolar
Tarix: 06-04-2025 | Saat: 17:16
Bölmə:Siyasət / Parlament | çapa göndər

Sahibə Qafarova Mərakeş Krallığı Müşavirlər Palatasının sədri ilə görüşüb

Milli Məclisin sədri Sahibə Qafarova Özbəkistan Respublikasına işgüzar səfəri çərçivəsində Mərakeş Krallığı Müşavirlər Palatasının sədri Sidi Mohamed Ould Ər-Rəşid ilə görüşüb.

Görüşdə ölkələrimiz və parlamentlərimiz arasında münasibətlərlə bağlı fikir mübadiləsi aparılıb. Azərbaycan və Mərakeş arasında münasibətlərin qarşılıqlı hörmətə əsaslandığı qeyd olunaraq, xüsusilə, siyasi sahədə əlaqələrin inkişaf etdiyi diqqətə çatdırılıb. Həmçinin diqqətə çatdırılıb ki, ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində də əməkdaşlıq edir, müxtəlif platformalarda bir-birinə qarşılıqlı dəstək göstərir.

Söhbət zamanı qarşılıqlı səfərlərin münasibətlərin genişlənməsində rolu vurğulanaraq, bu səfərlərin xalqlarımız arasında da əlaqələrin dərinləşməsinə töhfə verdiyi ifadə edilib.

Görüşdə ölkələrimiz arasında münasibətlərin dərinləşməsində parlamentlərin əməkdaşlığının mühüm rola malik olduğu qeyd edilib. Milli Məclisin sədri Sahibə Qafarova özünün Mərakeşə rəsmi səfərini məmnunluqla xatırlayaraq, bu kimi səfərlərin və təmasların münasibətlərimizə töhfə verdiyini bildirib. Tərəflər deputatlar, parlament komitələri arasında əməkdaşlığın genişləndirilməsi imkanları haqqında fikirlərini ifadə ediblər.

Spiker Sahibə Qafarova Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılan Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi haqqında geniş məlumat verərək, ölkəmizin sədrliyi ilə təşkilatın institusional əsaslarının gücləndirilməsi istiqamətində atılan addımları diqqətə çatdırıb.
Müşavirlər Palatasının sədri Sidi Mohamed Ər-Rəşid ölkəsinin Parlament Şəbəkəsi çərçivəsində əməkdaşlığa önəm verdiyini qeyd edərək, bu kimi platformaların beynəlxalq məsələlərin həllinə töhfələrini təqdir edib.

Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
08-04-2025