Novruzəli Aslanov: “Qərəzli yanaşma, ikili standartlar siyasəti ölkələrarası münasibətlərə dağıdıcı təsir göstərə bilər”
Tarix: 14-03-2025 | Saat: 14:48
Bölmə:Manşet / Siyasət / Özəl | çapa göndər

“Martın 13-də Bakıda, “Gülüstan” sarayında işə başlamış XII Qlobal Bakı Forumu mümkün qədər geniş fikir müxtəlifliyini təmsil edən insanları neytral və mehriban bir mühitdə bir araya gətirərək, onların dünyanın qlobal çağırışları ilə bağlı fikir mübadiləsi aparmasına imkan yaradır. Təsadüfi deyil ki, “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusunda keçirilən Forumun iştirakçıları bu tədbiri mühüm məsələlər haqqında müzakirələr aparmaq üçün çox yaxşı fürsət kimi dəyərləndirirlər. Müxtəlif mədəniyyətlərin təmsilçiləri öz ölkələrində rastlaşdıqları problemlərdən danışmaqla həm təcrübələrini, həm də narahatlıqlarını bölüşmək üçün unikal şans əldə etmiş olurlar. XII Qlobal Bakı Forumunda qlobal aktual problemlər, çoxtərəfli diplomatiya, çoxqütblü dünya nizamı, BMT-nin gələcək paktı, postmünaqişə dövründə bərpa-quruculuq işləri və orta güclərin yeni dünya düzənində rolu kimi vacib mövzular müzakirə olunacaq. Tədbir qlobal siyasət, təhlükəsizlik, texnologiya və sülh kimi məsələlərin müzakirəsinə şərait yaradacaq.”
Bu sözləri aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov deyib.
Forumunun açılış mərasimində cənab Prezident İlham Əliyevin çıxışında təqdim olunan açıqlamaların ölkələrarası münasibətlərin təhlili baxımından xüsusi önəm kəsb etdiyini vurğulayan deputat daha sonra bildirib ki, Azərbaycan bütün hallarda ikili standartlara və ədalətsizliyə qarşı prinsipial mövqelərdən çıxış edir: “Ölkə Prezidenti cənab İlham Əliyevin Forumun açılış mərasimində etdiyi çıxışı ilk növbədə müasir dünyada gedən geosiyasi proseslərin təhlili, qlobal miqyasda baş verən hadisələrin Cənubi Qafqaz regionuna və əksinə, regionumuzda yeni yaranmış reallıqların dünyada, xüsusən də Avrasiya məkanında gedən proseslərə təsirini düzgün dəyərləndirmək baxımından xüsusi önəm kəsb edən açıqlamalarla zəngin oldu. O cümlədən ölkələrarası münasibətlərin qurulması və inkişaf etdirilməsi mövzusu da dövlət başçımızın çıxışında öz əksini tapmışdı. Cənab Prezident İlham Əliyev qərəzli yanaşmanın, ikili standartlar siyasətinin ölkələrarası münasibətlərə dağıdıcı təsirini ABŞ-Azərbaycan münasibətlərini misal gətirərək əyani şəkildə təsvir etdi. Qeyd olundu ki, məhz Antoni Blinkenin qeyri-konstruktiv siyasəti ABŞ-Azərbaycan münasibətlərini heçə endirdi. Halbuki, bu münasibətlər onilliklər ərzində qurulmuşdu. Azərbaycan ABŞ-la etibarlı, yaxın tərəfdaş idi. Qeyri-NATO ölkəsi olaraq Azərbaycan 2001-ci ildə Əfqanıstandakı əməliyyatlara qoşuldu və ölkəmiz oranı sonuncu tərk edən tərəf olmuşduq. Lakin ölkəmiz missiyasını başa vurduqdan sonra, ABŞ Azərbaycana yenidən sanksiyalar tətbiq etdi. Əlbəttə ki, bu, ölkələrarası münasibətlərdə yalnız geriləməyə, tənəzzülə səbəb ola bilər. Azərbaycan artıq bütün dünyaya hər zaman müstəqil siyasət yürüdən bir ölkə olduğunu və istənilən, hətta ən güclü super-dövlətlərlə münasibətlərini də yalnız qarşılıqlı hörmət prinsipləri üzərində və qarşılıqlı faydalı şərtlər əsasında qura biləcəyini aydın şəkildə bəyan etmişdir. Bundan sonra heç bir qüvvə ölkəmizi bu prinsiplərindən geri dönməyə məcbur edə bilməz” – deyə, Novruzəli Aslanov fikirlərini tamamlayıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər