Novruz milli düşüncəmizin tərkib hissəsidir
Tarix: 14-03-2025 | Saat: 10:20
Bölmə:Siyasət | çapa göndər

Azərbaycan xalqının mənəvi dünyasını, milli düşüncə tərzini, məfkurəsini, qədim mifik görüşlərini, folklorunu, milli varlığını Novruz qədər bütün zənginliyi ilə özündə ifadə edən ikinci bir ümumxalq bayramı təsəvvür etmək belə çətindir. Xalqımız Novruzun yaratma mərhələlərini əks etdirən dörd ünsür - su, od, yel və torpaqla bağlı adlandırılan çərşənbələrin keçirilməsinə belə xüsusi həssaslıqla yanaşır və onların hər birini sevinclə qeyd edir. Tarixi min illərlə ölçülən, özündə milli adət-ənənələrimizi yaşadan Novruz bütün türk dünyasına xas olsa da, Azərbaycanda daha möhtəşəmliyi ilə seçilir.
Ümummilli liderimiz Heydər Əliyev Novruz bayramını xalqımızı tarixən bütövləşdirən, onun varlığını birlik, böyüklük və yaşam gücü ilə qidalandıran bayram kimi qiymətləndirmişdir. Novruz bayramı sovetlər birliyi dövründə rəsmən yasaq edilsə də, ümummilli lider Heydər Əliyevin milli ənənə və dəyərlərə daxilən möhkəm bağlılığı bu bayramın xalq arasında sevilərək yaşadılmasını təmin etmişdir.Ötən əsrin 70-ci illərində isə Novruz bayramı ilk dəfə olaraq məhz Ulu Öndərin xeyir-duası ilə rəsmən qeyd olunmuş, televiziya ilə yayımlanmışdır. Ümumxalq bayramının yüksək səviyyədə keçirilməsi Azərbaycan xalqının milli ruhunu yüksəldir, milli irsə, tarixə böyük məhəbbət yaradır. Novruz dövlət səviyyəsində yüksək səviyyədə qeyd edilməklə yanaşı, dünya azərbaycanlılarının milli bayramına çevrilmişdir.Vaxtilə Ulu Öndər Heydər Əliyevin dediyi - “Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Zəngilanda, Cəbrayılda,Qubadlıda keçirəcəyik.” Böyük şəxsiyyətin uzaqgörənliklə dediyi bu sözlər bu gün real həyat həqiqətidir və biz bu gözəl bayramı azad bölgələrimizdə fərəhlə qeyd edirik.
44 günlük Vətən müharibəsində Azərbaycan xalqının həmrəyliyi, ordumuzun mətanəti nəticəsində mənfur düşmənin başını əzərək möhtəşəm bir dastan yazdı. İşğal edilmiş torpaqları qan tökərək azad etdik. Qırx dörd gün ərzində Azərbaycan xalqı ordumuzun arxasında dayaq oldu, yumruq kimi birləşdi, şanlı Zəfər dastanı yazaraq dünyaya sübut etdi ki, suverenlik və müstəqillik yolunda mübarizəmizdən dönməyəcəyik.
Bu gün Azərbaycanı yeni zirvələrə doğru inamla aparan Prezident İlham Əliyev yüksək mənəvi dəyərlərimizi, adət və ənənələrimizi yaşadan bu ümumxalq bayramını həmişə yüksək qiymətləndirib. Hər il xalqımızı Novruz bayramı münasibətilə təbrik edən dövlətimizin başçısı hər birimizə, azərbaycançılıq məfkurəsi işığında dünyanın bütün guşələrində yaşayan soydaşlarımıza həmrəyliyimizin rəmzi olan bu el bayramı münasibətilə bol sevinc, ruzi-bərəkət, firavanlıq arzu edərək, varlığımızdakı tükənməz yenilikçilik ruhu sayəsində ümummilli mənafelər naminə bütün sınaqlardan bundan sonra da alnıaçıq çıxacaq və taleyüklü məsələlərin layiqincə həllinə nail olacağımızı qətiyyətlə bəyan edir. Möhtərəm dövlət başçımız Novruz bayramını birmənalı şəkildə milli varlığın qorunma vasitəsi hesab edir. Məhz bu yanaşma müasir Azərbaycan dövlətinin artıq bütün dünyada böyük əks-səda verən mədəniyyət siyasətinin əsasını təşkil edir.
Uzaq keçmişlərdən mənəvi dünyamızın ən dərin qatlarınadək nüfuz etmiş, müqəddəs dəyərlərimizin təşəkkülünə töhfələr vermiş və milli düşüncə tərzimizin ayrılmaz tərkib hissəsi olan Novruz öz gəlişi ilə təbiətə yeni bir həyat bəxş edir. Bu il də Azərbaycan xalqı öz müdrik rəhbərinin- cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni qələbələrin, yeni inkişafın müəllifi olacaqdır.
İlqar Kərimov,
YAP Tovuz rayon təşkilatının sədr müavini
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər