Artıq 5-ci ildir ki, Novruz tonqalı bütün Azərbaycan ərazisində qalanır
Tarix: 14-03-2025 | Saat: 10:03
Bölmə:Özəl | çapa göndər

Artıq beşinci ildir ki, Azərbaycan xalqı Novruz bayramını böyük ruh yüksəkliyi ilə qeyd edir. 2020-ci ildə rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsini tarixi Qələbə ilə başa vuraraq mənfur erməni qəsbkarlarının torpaqlarımızdan qovdu, 30 il işğal altında olan torpaqlarımızı azad etdi. Bununla da Ulu Öndər Heydər Əliyevin hələ uzaq 1998-ci ildə söylədiyi tarixi fikirlər reallaşmış oldu: “Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də olacaqdır”.
Ulu Öndər ölkəmizdə rəhbərliyə gəldiyi ilk vaxtlarda sovet hakimiyyətinin qadağa və təzyiqlərinə baxmayaraq, xalqımızın milli ruhunun oyanışına təkan verən amillərə xüsusi hörmətlə yanaşırdı. Novruz bayramının qədim köklərə aid olduğunu, xalqımızın qəlbində əbədi yaşayacağını daima vurğulayan Ümummilli Lider bu bayramın o vaxtkı sovet rəhbərliyinin sərt rejimi, qadağaları dövründə bütün ölkə miqyasında yüksək səviyyədə təşkil olunmasına və böyük coşqu ilə keçirilməsinə nail olmuşdu. Qürurla qeyd etməliyik ki, məhz Ulu Öndərin sayəsində xalqımız öz adətlərin, milli dəyərlərin, insana, təbiətə sevginin nümunəsi olan Novruz bayramını daha böyük izdihamla qeyd etməyə başlamışdır.
Belə ki, ötən əsrin 70-ci illərində Novruz bayramı ilk dəfə olaraq məhz Ulu Öndərin xeyir-duası ilə qeyd olunmuş, dövlət televiziyası ilə yayımlanmışdır.
1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə gələn ümummilli lider Heydər Əliyev həyata keçirdiyi dövlət quruculuğu prosesi ilə paralel surətdə mədəni-mənəvi quruculuq və milli-tarixi yaddaşın bərpası işlərinə də başlamışdır. Vaxtilə qadağalara məruz qalan, yasaq olunan milli və dini bayramlar, adət və mərasimlər xalqa qaytarılmışdır. Ulu Öndər hər il qədim milli bayramımız olan Novruzda əhali ilə bayramlaşmağa çıxar, azad və müstəqil xalqımızın Novruz sevinclərindən zövq alardı.
“Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də olacaqdır. Mən buna inanıram və bu inamla yaşayıram,…” –deyən ulu öndər Heydər Əliyevin vəsiyyətini yerinə yetirən, arzularını reallaşdıran Prezident İlham Əliyevin qətiyyəti sayəsində artıq bir neçə ildir ki, xalqımız azadlığına qovuşmuş o torpaqlarda – Şuşada, Laçında, Zəngilanda bayram tonqalı yandırılır.
Eyni zamanda qeyd edilməlidir ki, ölkə başçısı bir neçə ildir ki, bayram tonqalını işğaldan azad edilmiş Qarabağ torpağında qalayır. 2021-ci ildə Şuşada, 2022-ci ildə Suqovuşanda, keçən il Talış kəndində, 2023-cü ildə Xankəndi şəhərində bayram tonqalı qalandı. 2023-cü ilin sentyabrında cəmi bir gündən az davam edən antiterror əməliyyatı nəticəsində Azərbaycan öz suverenliyimizi tam bərpa etdi və bu gün ölkəmizin ərazi bütövlüyü tamamilə təmin edilmişdir.
Qeyd edildiyi kimi 2024-cü il mart ayının 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb. Bu çox böyük və əlamətdar hadisədir. 30 ildən çox bir müddətdən sonra Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, Xankəndi, Xocalı və digər işğal altında olmuz şəhərlərimizdə Azərbaycanın üçrəngli bayrağı dalğalandırıldı. Bu da ölkəmizin beynəlxalq aləmdəki nüfuzunun böyük dərəcədə artmasına səbəb oldu.
Ölkə başçısı Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edərək bildirdi ki, Azərbaycan İkinci Qarabağ müharibəsi nəticəsində öz ərazilərinin böyük hissəsini döyüş meydanında azad edib. Ölkəmiz beynəlxalq hüquq çərçivəsində öz ərazi bütövlüyünü, suverenliyini bərpa edərək BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini özü döyüş meydanında bərpa etdi.
İyirmi il ölkəmiz torpaqlarımızın azad olunmasına hazırlaşmışdır. Bir çox istiqamətlər üzrə planlı şəkildə işlər gedib. Siyasi müstəvidə dünyada Azərbaycanın mövqeləri möhkəmləndi, dostlarımızın sayı böyük dərəcədə artmışdır. Beynəlxalq təşkilatlar bizim təşəbbüsümüzlə münaqişə ilə bağlı bizim mövqeyimizi dəstəkləyən və beynəlxalq hüquqa əsaslanan qərar və qətnamələr qəbul etmişlər və bu münaqişənin həlli üçün hüquqi və siyasi zəmin yaratmışdır. Cənab Prezident vurğuladı ki, “Biz iqtisadi inkişafa nail olduq, iqtisadi müstəqilliyə nail olduq və bu gün heç kimdən iqtisadi cəhətdən və təbii ki, siyasi cəhətdən asılı deyilik. Güclü iqtisadiyyat bizə imkan verdi ki, siyasi müstəvidə öz siyasətimizi müstəqil şəkildə aparaq. Bu gün Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, onun siyasəti tamamilə müstəqildir, ancaq və ancaq Azərbaycan xalqının maraqlarına, iradəsinə əsaslanır”.
Ötən illər ərzində ölkə rəhbərliyi qarşısında düran əsas vəzifə torpaqlarımızı işğalçılardan azad etmək idi. Bu məqsədlə hərbi gücümüzü artırmaq əsas vəzifəmiz olmuşdur. Ordumuzun, bütün Silahlı Qüvvələrimizin döyüş qabiliyyəti böyük dərəcədə artmışdır, maddi-texniki təchizat ən yüksək səviyyədə həll olunurdu və İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı bunu bütün dünyaya nümayiş etdirdi. Prezident İlham Əliyev öz müraciətində xüsusi olaraq vurğuladı ki, “Ən önəmlisi elə bir gənc nəsil yetişdirildi ki, bu gənc nəsil bizim xalqımız üçün əbədi qürur mənbəyi olacaq və bütün dünyaya Azərbaycan xalqının böyüklüyünü nümayiş etdirmişdir. “
Bayram Xudayarov
Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı,
“Heydər Əliyev məktəbinin davamçıları” Feysbuk qrupunun təsisçisi və rəhbəri,
YAP-ın fəal üzvü
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər