Mobil versiya
"Birinci sinifdə bir şagird olsa belə ona ayrıca müəllim dərs deməlidir" - Deputat
Tarix: 07-03-2025 | Saat: 12:25
Bölmə:Parlament / Karusel | çapa göndər

"Birinci sinifdə bir şagird olsa belə ona ayrıca müəllim dərs deməlidir" -

"Məruzədə önəmli məsələyə toxunulub. Bu, təhsillə bağlıdır. Ucar rayonundan misal gətirilib ki, birinci sinifdə şagird sayı 10-dan az olduğuna görə, ikinci siniflə birləşdirilib. Yarı bir, yarı isə ikinci sinif proqramı ilə dərs keçilməsinə etirazını ortaya qoyub. Bu tamamilə məntiqlidir".

aia.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Fazil Mustafa Azərbaycanın İnsan hüquqları üzrə müvəkkilinin (ombudsman) 2024-cü ildə ölkədə insan hüquqlarının qorunması haqqında illik məruzəsinin müzakirəsi zamanı deyib.

"Sabah ikinci sinif olmasa, birinci sinifi üçüncü siniflə birləşdirmək lazımdır? Nazirlər Kabinetinin bu istiqamətdə qərarı var. Bu qərara baxılmalıdır. Birinci sinifdə bir şagird olsa belə ona ayrıca müəllim dərs deməlidir. Bu proqramları dəyişmək olmaz. Ölkə həyatında təhsildən önəmli vacib məsələ olmamalıdır", - deyə deputat qeyd edib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
07-03-2025