Mobil versiya
Asim Mollazadə ofisi dəyişir
Tarix: 30-01-2017 | Saat: 15:30
Bölmə:Gündəm | çapa göndər

Asim Mollazadə ofisi dəyişir







Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə Nəsimi rayonunda yerləşən ofisindən çıxmaq məcburiyyətində qalıb.

Asim Mollazadənin 10 ildən artıq bir müddətdə qaldığı ofis-villadan çıxmasına səbəb maliyyə çatışmazlıqları olub. Hətta, partiyanın qərargahında çalışan işçilərin maaşları da kəsilib.

Modern. az saytı Asim Mollazadə ilə əlaqə saxlayıb. Deputat bildirib ki, heç də ofisdən çıxmasının səbəbi maliyyə çatışmazlıqları deyil. “Nəsimi rayonunda ofis axtarışındayıq. Yaxın müddət ərzində yeni ofisə köçəcəyik. Yeni binada məskunlaşacağıq. Burada əsas səbəb maliyyə çatışmazlıqları deyil.. Burada əsas səbəb ofisin bizi qane etməməsidir”.

Asim Mollazadə işçilərin əmək haqlarının kəsilməsinə də aydınlıq gətirib. “İşçilərin əmək haqlarının kəsilməsi xəbərləri tamamilə qeyri-dəqiq məlumatdır. Partiyada çalışanların əksəriyyəti könüllü çalışanlardır. Hansısa formada maaşların kəsilməsindən söhbət gedə bilməz. Maaş alanlar öz əmək haqlarını almaqda davam edəcəklər”.

Həmçinin, partiyaya yaxın olan ann.az saytının fəaliyyətini dayandırması haqda da məlumat yayılıb. Saytın rəhbəri Zahir Əzəmət “Qafqazinfo”ya bildirib ki, bu xəbər həqiqətə uyğun deyil: “Bir sıra problemlərin olmasına baxmayaraq, hazırda kollektiv iş başındadır. Yaxın həftələrdə fəaliyyətimnizin davam edib etməyəcəyi haqda qərar verəcəyik”.



Məlumatlanmaq üçün Facebook səhifəmizi

5390 dəfə oxunub.


Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
22-05-2020
{sape_links}{sape_article}