Mobil versiya
"Azərbaycanın regionda yaratdığı yeni reallıqlar sülhə və əməkdaşlığa xidmət edir” -DEPUTAT
Tarix: 06-01-2025 | Saat: 16:30
Bölmə:Siyasət | çapa göndər

"Azərbaycanın regionda yaratdığı yeni reallıqlar sülhə və əməkdaşlığa xidmət edir”

"Prezident İlham Əliyev 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqa etdiyi müraciətdə ölkədaxili, regional və beynəlxalq əhəmiyyətli bir çox vacib məsələlərə toxundu. Belə ki, dövlət başçımız 2024-cü ildə qarşıya qoyulmuş bütün vəzifələrin icra olunduğunu, ölkə iqtisadiyyatının inkişaf etdiyini, hərbi gücümüzün artdığını, xalqımızın təhlükəsizlik şəraitində yaşayışının təmin edildiyini, bundan sonra da sabitilik və əmin-amanlığın əbədi olacağını bildirdi".

Bunu İqtisadiyyat.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

Deputat bildirib ki, Qazax rayonunun 4 kəndini bir güllə atılmadan siyasi yollarla azad etməyimiz, COP29 beynəlxalq konfransına uğurla ev sahibliyi etməyimiz yola saldığımız ilin tarixi hadisələridir: "COP29-un keçirilməsinə cəmi 11 ayın qalmasına baxmayaraq ölkəmiz bu tədbirə çox ciddi hazırlaşdı. Ölkəmizin bu tədbirə ev sahibliyini həzm edə bilməyən qüvvələr siyasi təzyiq kampaniyalarına başladılar və tədbiri boykot etməyə çalışdılar. Amma dövlət başçımızın qeyd etdiyi kimi 80-dən çox ölkənin hökumət və dövlət başçısı, 76 mindən çox qeydiyyatdan keçmiş qonağın iştirakı bizə qarşı düşmənçilik siyasətini davam etdirənlərə ən yaxşı cavabımız oldu".

"Dövlət başçımız 2024-cü ildə ümumi daxili məhsulun 4%-dən çox, qeyri-neft sektorunda ümumi daxili məhsulun 6%-dən çox, qeyri-neft sənayesində 7%-dən çox, valyuta ehtiyatlarımızın 72 milyard dollardan çox olduğunu qeyd etdi. O cümlədən xarici dövlət borcumuzun 5,2 milyard dollara enməsi və valyuta ehtiyatlarımızın xarici dövlət borcundan 14 dəfə çox olması aparılan iqtisadi siyasətimizin uğurdur. Ölkəmizdə sosial siyasət də uğurla davam etdirilir. Belə ki, son 6 ildə icra olunan və icra olunmaqda davam edən 5 sosial paketə ayrılmış 7,5 milyard manat vəsait əhalinin sosial rifahının yaxşılaşmasına xidmət edib. 2025-ci ildən icra olunmağa başlanmış yeni sosial paketi çərçivəsində minimum əmək haqqı 345 manatdan 400 manata, minimum pensiya isə 280 mantdan 320 manata çatdırılması, ölkəmizdə böyük investisiya layihələri, işğaldan azad olunmuş ərazilərin yenidənqurulmasına və bərpa edilməsinə baxamayaraq, əhalinin sosial rifahının yaxşılaşdırılması dövlət tərəfindən hər zaman diqqətdə saxlaılımasının göstəricisidir", - deputat bildirib.

"Dövlət başçımız 2025-ci ildə hərbi müdafiə shəsinə 8,4 milyard manat ayırdığımızı qeyd etdi. Qarabağ və Şərqi Zəngəzura isə 4 milyad manat ayırırıq. Əgər Ermənistanın sürətlə silahlanması olmasaydı, hərbi xərclərimizi bu qədər artırmağımıza ehtiyac olmazdı. Belə ki, işğldan azad olunmuş ərazilərimizin yenidən qurulub bərpasına 2021-ci ildən yola saldığımız ilin sonuna qədər 19 milyard manat ayrılsa da, hərbi xərclərimizin yüksək səviyyədə saxlanmasına ehtiyac yaranmasaydı, həm azad olunmuş ərazilərin maliyyəlləşməsinə, həm də sosial proqramlarının icrasına daha çox vəsait ayırmaqla əhalinin sosial rifahının daha da yaxşılaşmasına imkan yaranardı. Qısa zaman kəsiyində öz doğma yurdlarına 10 mindən çox keçmiş məcburi köçkünü qaytara bilməyimiz, 30 mindən çox insanın işğaldan azad olunmuş ərazilərdə çalışması uğurumuzdur. Amma dövlətimiz hərbi balansda Ermənistana üstünlük qazanmasına imkan verməməli və hərbi xərclərimizi yüksək saxlamaqla müdafiə qabiliyyətimizi artırmalıyıq", - A.Badamov əlavə edib.

Deputat vurğulayıb ki, dövlət başçımızın fikirləri bu gün regionumuzun siyasətini müəyyənləşdirir: "Çünki səslənən fikirlər həmişə reallığa çevrilib və bunu Ermənistanda da etiraf edirlər. Bəli, regionda yaratdığımız yeni reallıq sülhə və əməkdaşlığa xidmət edir. Amma təəssüf ki, Ermənistanın adekvat olmayan mövqeyi və onu silahlandıranlar regionumuzda güc balansını dəyişməyə çalışır. Dövlət başçımız onları çox ciddi şəkildə xəbərdar etdi. Cənab Prezident İlham Əliyev müraciətində xüsusilə vurğulayaraq qeyd edir: "Onları təhrik edən və bu gün yenə də Azərbaycan üzərinə hücum etməyə vadar edən xarici dairələr, xarici ölkələr onların arxasında durmayacaq, sadəcə olaraq, dura bilməyəcək. Bizimlə bu bölgədə hərbi müstəvidə heç bir qüvvə rəqabət apara bilməz. Ona görə bir daha deyirəm, hələ ki, gec deyil, bu təhlükəli yoldan geri qayıtsınlar”.

Belə ki, Ermənistanı silahlandıraraq gücləndirmək istəyənlər son 4 ilin keçmişinə baxmalıdırlar. Çünki, son dörd ildə Azərbaycan-Ermənistan münasibətlərində baş verən bütün proseslər Prezident İlham Əliyevin dediyi kimi olmuşdur. Bu gün də onlar Ermənistanı nə qədər silahlandırsa da, Azərbaycan hərbi gücünü və ayrılan hərbi büdcəsini qoruyub saxlayacaqdır. Azərbaycanın gücü regionun sabitliyi və təhlükəsizliyi deməkdir".



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
07-01-2025