Mobil versiya
BALIĞIN TƏZƏ OLDUĞUNU NECƏ BİLƏK?
Tarix: 23-01-2017 | Saat: 12:08
Bölmə:Gündəm / Karusel | çapa göndər



Dənizdən gələn vitamin və minerallar bizə sağlamlıq bəxş edir. Dənizdən gələn sağlamlıq isə ürək-damar xəstəliklərinə qarşı qoruyucu təsir göstərir. Sümüklərin əriməsinin qarşısını alır, zehni açır, yaddaş itkisi, unutqanlığa qarşı effektiv olur. Saçları və dərini qidalandırır. Gözlər üçün isə əvəzolunmaz faydası var.
Qısası, balığın sağlamlığa faydaları saymaqla bitmir. Mütəxəssislər həftədə ən az iki gün balıq yeməyi məsləhət görür. Ancaq balığın da bu faydalarından yararlana bilmək üçün bəzi vacib detalları bilmək lazımdır. Balığın təzə olduğunu necə anlamaq olar, necə bişirmək daha faydalıdır?
myBaku.az lent.az-a istinadla bilməli olduğunuz qızıl qaydaları təqdim edir.
Toxluq hissi verir
Balıq doymamış yağ olan Omega 3-lə zəngindir. Omega 3 yağ turşuları ürək-damar xəstəliklərinə qarşı qoruyucudur. Menopauza dövründə olan qadınlar arasında aparılan bir araşdırmanın nəticələrinə görə, həftədə 5 dəfə və ya daha çox balıq yeyən qadınlarda infarkt riski yüzdə 30 daha az görülüb. Balıq tərkibindəki Omega 3 sayəsində zehni açır, unutqanlığın qarşısını alır. Beyin siniri və sinir sisteminə də müsbət təsir edir.
Fosfor və A vitamini ilə zəngin olması isə göz degenerasiyalarının qarşısını alır. Tərkibindəki kalsium sayəsində sümük əriməsinin qarşısını alır. Proteinlə zəngin olan balıq toxluq hissi verir.
Balığı nə ilə yeməli?
Balığın yanında ənənəvi olaraq çuğundur yarpağı yeyilir. Ancaq çuğundur yarpağı balığın tərkibindəki kalsiumun bədən tərəfindən əmilməsinii minimum ölçüdə azaldır. Ona görə balıqdakı kalsiumdan yararlanmaq üçün çuğundur yarpağı ilə eyni vaxtda yeməyin. Balığa limon da sıxın. Limonun tərkibindəki antioksidantlar və C vitamini balıqdakı Omega 3-ün bədəndəki istifadəsini artırır.
Balıq boyatdırsa, qatıq yeməyin
Balıq boyatdırsa, tərkibindəki histamin maddəsi çoxalır. Histaminin çox olması da bədənə toksiki təsiri artırır. Qatıq proteinində olan histamin də boyat balıq yeyildiyində yüksək miqdarda olan histamini daha da yüksəldir. Buna görə balığın yanında qatıq yemək olmaz deyirlər. Ancaq balıq təzədirsə, qatıq və yaxud digər süd məhsulları yeməkdə problem yoxdur.
Təzə balığı necə seçək?
Balığın gözünə baxın. Gözü canlı və bayıra doğru dombalmış olmamalıdır.
Pulcuqlarına toxunun. Canlı və parlaq olmalıdır. Pulcuqları toxunanda düşməməlidir.
Balığın quyruğundan tutun. Dik tutanda əyilmirsə, deməli, balıq təzədir.
Balığın qəlsəmələri qırmızı və canlı olmalıdır.
Balıqdan dəniz qoxusunun gəlməsi təzə olduğuna işarədir.
Balığın dərisinə barmağınızla basanda yenidən əvvəlki vəziyyətinə qayıdırsa, deməli, balıq təzədir.
Balıq necə bişirilməlidir?
Qızartmayın. Qızardanda istiliyin təsirindən tərkibindəki proteinlər keyfiyyətini itirir. Buna gör balığı azca sulu edərək, çox qızartmadan bişirin.
Buxarda bişirin. Balıqlar kiçik olarkən daha çox qızartma üsulundan istifadə olunur. Buxarda bişəndə tərkibindəki vitamin və minerallar bişmə suyuna keçməyib balıqda qaldığı üçün buxarda bişirin.
Balıq təkbaşına ləzzətli bir qidadır. Limonlu və tərəvəzli souslarla bişirə bilərsiniz.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə