"Heydər Əliyevin həyatı Azərbaycan dövlətçiliyinin ayrılmaz bir parçasıdır"
Tarix: 12-12-2024 | Saat: 16:56
Bölmə:Siyasət | çapa göndər
Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəldiyi ilk günlərdən o zaman SSRİ-nin tərkibində müttəfiq respublikalardan biri olan Azərbaycanın həyatında baş verən dəyişikliklərə, iqtisadiyyatdan mədəniyyətə, enerji sektorundan hərbi sahəyə qədər görülən bütün işlərə bu günün qalib Azərbaycanının prizmasından nəzər salsaq, hər şeyin xalqımızın azad və müstəqil yaşamasına, ərazi bütövlüyümüzün təmin edilməsinə, suverenliyimizin bərpasına xidmət etdiyini görə bilərik.
Bu fikirləri Modern.az saytına açıqlamasında Milli Məclisin deputatı Azər Kərimli bildirib.
Azər Kərimli qeyd edib ki, əsl müstəqillik, azadlıq iti zəka, qətiyyət, cəsarət, Vətənə təmənnasız sevgi və yüksək liderlik keyfiyyətləri tələb edir:
“Azərbaycan tarix boyu bəşəriyyətə böyük dühalar bəxş edib. Xalqımızın ulu öndəri Heydər Əliyev bu şəxsiyyətlərin sırasında ən uca zirvələrdən birində qərar tutub. Uca zirvələr uzaqdan daha aydın göründüyü kimi, Heydər Əliyev şəxsiyyətinin əzəməti və böyüklüyü də illər ötdükcə daha dərindən dərk olunur. Azərbaycanın inkişaf yolu ömrünü Vətənə, xalqa xidmətə həsr etmiş Ulu Öndərin böyük həyat yolunun təcəssümüdür.
Millət vəkili bildirib ki, Ulu öndərin böyük vətənpərvərliyi, milli-mənəvi köklərə bağlılığı azərbaycançılıq məfkurəsinin formalaşmasına və inkişafına yol açıb:
“Ümummilli liderin bizə miras qoyduğu azərbaycançılıq ideyası, artıq uzun illərdir ki, Azərbaycanda yaşayan və onu ümumi vətən hesab edən bütün etnik qrupların vahid ideyasına çevrilib. Hər bir azərbaycanlını vahid Azərbaycan mədəniyyətinin ayrılmaz bir parçası hesab edən strateji zəka sahibi ölkəmizin uğurlu gələcəyini dünyanın müxtəlif ölkələrində yaşayan həmvətənlərimizin birliyinin, bütövlüyünün təmin edilməsində görürdü.
Heydər Əliyevin Dünya Azərbaycanlılarının I Qurultayındakı çıxışı və onun həmvətənlərimizə xitabən, “Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” - deməsi, torpaqlarının 20 faizi işğal edilmiş, məğlubiyyətə uğradılmış, dünyanın ədalətsizliyi ilə üz-üzə qalan Azərbaycan xalqına ünvanlanmış özünəqayıdış, özünəinam çağırışı idi və bu çağırış milyonlarla insanın milli ruhunun yenidən dirçəldilməsində müstəsna rol oynadı”.
Azər Kərimlinin sözlərinə görə, Heydər Əliyevin Azərbaycan və Azərbaycan xalqı qarşısında xidmətləri o qədər böyükdür ki, onillər, yüzillər ötüb keçsə də, gələcək nəsillər onun haqqında daim xalqın xilaskarı, ümummilli lider, görkəmli şəxsiyyət, böyük azərbaycanlı kimi danışacaqlar:
“O, hər zaman insanların qəlbində yaşayacaq. Çünki Heydər Əliyevin həyatı Azərbaycan dövlətçiliyinin ayrılmaz bir parçasıdır. Onun böyük əməlləri, yaratdığı dövlət, parlaq ideyaları müstəqilliyimiz kimi əbədidir, sarsılmazdır.
Biz Ulu Öndərimizin və onun layiqli davamçısı müzəffər Ali Baş Komandan İlham ƏIliyevin iti zəkası, polad xarakteri və xalqımızın birliyi nəticəsində müstəqilliyimizi qoruduq, ərazi bütövlüyümüzü bərpa etdik. Öz torpağımızda, öz bayrağımız altında qalib xalqın nümayəndələri kimi ömür sürürük. Ulu Öndərin anım günündə bu dahi şəxsiyyətin xilaskarlıq missiyası xüsusi minnətdarlıqla xatırlanır. Ötən əsrin 90-cı illərində çox ağır, böhranlı vəziyyətə düçar olmuş xalq ötüb keçənləri unutmayıb və xilasına görə özünü Heydər Əliyevə borclu sayır”.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
21-12-2024