Mobil versiya
Əli Əsədov Çarlz Donaldla görüşdü
Tarix: 05-12-2024 | Saat: 17:36
Bölmə:Siyasət | çapa göndər

Əli Əsədov Çarlz Donaldla görüşdü

Azərbaycanın Baş naziri Əli Əsədov dekabrın 5-də İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) dövlət mülkiyyəti və özəlləşdirmə üzrə İşçi Qrupunun sədri, Birləşmiş Krallığın dövlət investisiyaları üzrə qurumunun baş icraçı direktoru Çarlz Donaldın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə aia.az-a Nazirlər Kabinetindən məlumat verilib.

Bildirilib ki, görüşdə Azərbaycan ilə İƏİT arasında əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə olunub. Birgə həyata keçirilən layihələr, o cümlədən Azərbaycan İnvestisiya Holdinqinin portfel şirkətlərində korporativ idarəetmənin qiymətləndirilməsi layihəsinin nəticələri nəzərdən keçirilib.

Həmçinin, Azərbaycan və İƏİT arasında əməkdaşlığın qarşılıqlı maraq doğuran istiqamətlər üzrə inkişaf etdirilməsi ilə bağlı məsələlər müzakirə olunub.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-05-2025