Səttar Möhbalıyev: "Vətən müharibəsinin gedişi zamanı beynəlxalq ictimaiyyət dəfələrlə erməni barbarlığının şahidi oldu"
Tarix: 22-11-2024 | Saat: 09:00
Bölmə:Manşet / Siyasət | çapa göndər
“Kəlbəcər toponiminin mənşəyi qədim türk dilində “çay üstündə qala” anlamını verir. Yaşayış məntəqəsinin yerləşdiyi qayada Tərtər çayı boyunca cərgə ilə düzülmüş qədim süni mağaralar mövcuddur. Kəlbəcər ərazisində 30 min ildən çox tarixi olan qədim yaşayış məskənləri, 6 min il yaşı olan qaya təsvirləri, çöp şəkilli qədim türk əlifbası nümunələri aşkar edilib. Buradakı daş abidələr Şimali Azərbaycanda erkən dövr türklüyün, atəşpərəstliyin, xristianlığın, VII əsrdən isə İslamın yayıldığı dövrlərdə yaradılıb. Kəlbəcərə inzibati rayon statusunun verilməsi 1930-cu ilə təsadüf olunur. İşğala qədər rayonun əhalisi 53 478 nəfər təşkil edirdi. Ərazisi 3054 kv. km. olan rayonda 1 şəhər, 1 qəsəbə, 145 kənd və 55 inzibati ərazi dairəsi mövcud idi. 1993-cü il 2 aprel tarixində Ermənistan tərəfindən Kəlbəcər rayonu işğal edildikdən sonra bütün bu yaşayış məntəqələrinə, rayonun infrastrukturuna dağıdıcı zərbələr vuruldu. İşğal nəticəsində 511 dinc sakin öldürülüb, 321 adam əsir götürülüb və itkin düşüb, həmçinin Kəlbəcərin 60 min nəfər əhalisi respublikanın 56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşmağa məcbur olub. Eyni zamanda işğal nəticəsində rayon ərazisində mövcud olmuş onlarla tarixi-mədəniyyət abidəsi, yüzə yaxın məktəb, uşaq bağçaları, yüzdən çox kitabxana, onlarla klub və mədəniyyət evləri, tarix-diyarşünaslıq muzeyi, yüzdən artıq səhiyyə müəssisələri, yüzlərlə inzibati bina, minlərlə mənzil, yüzlərlə maşın, texnika talan edilib, dağıdılıb. Rayonun milyardlarla manatlıq sərvəti Ermənistana daşınıb.”
Bu sözləri aia.az-a müsahibəsində Milli Məclisin deputatı Səttar Möhbalıyev söyləmişdir.
Deputat qeyd edib ki, beynəlxalq təşkilatların ölkəmizə qarşı həyata keçirdikləri ikili standartlar siyasəti erməni qəsbkarlarının işğal dövründə getdikcə daha da azğınlaşmalarına yol açırdı: “Kəlbəcərin işğalından sonra BMT Təhlükəsizlik Şurası 822 saylı Qətnamə qəbul etmişdi. Həmin Qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunurdu. Lakin rəsmi İrəvan həmin Qətnaməni icra etmədi, beynəlxalq təşkilatlar isə onun icrasını tələb etmədilər. Vasitəçilik missiyasını üzərinə götürmüş beynəlxalq qurumların da əslində münaqişəni dondurmaq üçün səy göstərdikləri indi artıq sübut olunmuş faktdır. Bütün bunlar ermənilərin daha da azğınlaşmasına və onların işğal etdikləri ərazilərimizdə daha ağır cinayətlər törətmələrinə zəmin yaradırdı. Buna görə də Azərbaycan 2020-ci ilin sentyabr-noyabr ayları ərzində apardığı 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Qələbə ilə həm də illərlə kağız üzərində qalan BMT Qətnamələrinin icrasını təmin etdi. Bu tarixi missiyanı Azərbaycan təkbaşına həyata keçirmiş oldu. Şanlı Ordumuz tərəfindən müharibənin ilk günlərində Kəlbəcərin şimal hissəsinin nəzarətə götürülməsi barədə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev belə demişdir: “İkinci Qarabağ müharibəsinin ilk günlərində döyüşlər gedən zaman Kəlbəcərin şimal hissəsi Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğalçılardan azad edilmişdir. Biz Kəlbəcərin şimal hissəsində strateji yüksəklikləri götürərək erməni silahlı qüvvələrinin hərəkətlərini bu istiqamətdə böyük dərəcədə məhdudlaşdıra bildik və faktiki olaraq onlar Basarkeçər-Kəlbəcər yolundan istifadə edə bilmədilər. Bəzi istiqamətlərdə strateji nöqtələri götürərək Ermənistan ordusunun hərəkətlərini demək olar ki, iflic vəziyyətə salmışdıq.” Vətən müharibəsində əldə etdiyimiz Qələbə nəticəsində imzalanmış 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanata əsasən, noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana təhvil verildi. Ölkə Prezidenti cənab İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamına əsasən 25 noyabr Kəlbəcər şəhəri günü kimi müəyyən olunub. Həmçinin 2020-ci il noyabrın 26-da “Kəlbəcərin azad olunmasına görə” medalı təsis edilib. Ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamları ilə Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 9424 hərbi qulluqçusu “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunub.”
Daha sonra Səttar Möhbalıyev Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan sonra Kəlbəcərə etdikləri ilk səfərin əhəmiyyətindən danışaraq bunları deyib: “Vətən müharibəsində əldə olunmuş tarixi Qələbəmizdən az müddət sonra işğaldan azad olunmuş digər ərazilərimizlə yanaşı Kəlbəcərdə də bərpa-quruculuq işləri start götürdü. Məlum olduğu kimi, 2021-ci il avqustun 16-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər rayonuna işğaldan sonra ilk dəfə səfər etmişlər. Səfər çərçivəsində möhtərəm dövlət başçımız Kəlbəcərdə Azərbaycan bayrağını şəxsən qaldırmışdı. Bu hadisə əlbəttə ki, böyük siyasi önəm kəsb edir. Artıq bütün dünya Kəlbəcərə də buranın əsil sahiblərinin qayıtdıqları və onların burada əbədi qalacaqları barədə birmənalı mesaj almış oldu” – deyə, Səttar Möhbalıyev fikirlərini tamamlayıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
22-11-2024