Hotellər sevgililərin eyni otaqda yerləşməsinə icazə vermir
Tarix: 12-01-2017 | Saat: 12:25
Bölmə:Gündəm / Karusel | çapa göndər
Azərbaycan qanunvericiliyinə görə, turistlər hotel və istirahət mərkəzlərinə yerləşmək üçün nikah haqqında şəhadətnamə təqdim etməyə məcbur deyillər. Yəni, şəxsiyyət vəsiqəsinin təqdim edilməsi turistlərin hotellərə yerləşməsi üçün kifayət edir.
Amma ölkə qanunvericiliyində yer almasa da, bir çox hotellər və istirahət mərkəzlərində, cütlük gələn zaman evliliyi sübut edən sənəd tələb edirlər. Belələri hotellərinin əxlaqsızlıq məqsədilə istifadə olunacağından və reputasiyasının korlanacağından ehtiyatlanırlar.
Oxu.Az Sputnik.ə istinadən xəbər verir ki, bu fikri dolayısı ilə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev də dəstəkləyib. O bildirib ki, hotellərə belə tələb qoyulmasa da, onların öz reputasiyaları üçün narahatlığı başa düşüləndir.
Azərbaycan Turizm İnstitutunun kafedra müdiri Bahadur Bilalov açıqlamasında hotellərdə nikah haqqında şəhadətnamənin tələb edilməsini absurd adlandırıb: “Dəfələrlə bu problemə toxunulsa da, təəssüf ki, bu gün də bir çox hotel və istirahət mərkəzlərində evliliyi subut edən sənədlər tələb edilir. Hotelə gedən şəxslər hara getdiklərini yaxşı bilirlər. Kimsə sevdiyi ilə, kimsə istədiyi biri ilə hər hansı bir hotelə gedirsə, buna heç kim qarışa bilməz. Bu, insanların hüququdur. Amma təəssüf ki, belə hallar var və çoxdur. Bu da ölkədə yerli turizmin inkişafına mane olur”.
B. Bilalovun sözlərinə görə, bu məsələ ilə əlaqədar mədəniyyət və turizm naziri Əbülfəz Qarayev də müsahibələrində qeyd edib ki, heç bir kəbin kağızına ehtiyac yoxdur: “Amma hüquq-mühafizə orqanlarının bəzi işçiləri bu məsələdən pul qazanmaq üçün istifadə edir, hətta öyrədilmiş adamları istirahət mərkəzlərinə göndərir, sonra da “əməliyyat” keçirərək “faktı” aşkar edir, həmin istrahət mərkəzindən pul qoparır, əks halda isə oranın adını “əxlaqsızlıq yuvası” kimi hallandırırlar”.
“Bununla üzləşməmək üçün hotellərin sahibləri işçilərinə tapşırıq veriblər ki, mütləq kəbin kağızı istəsinlər. Bu, əslində insan hüquq və azadlıqlarının məhdudlaşdırılmasıdır. Heç bir qanunumuzda yazılmayıb ki, əks cinsdən olan iki həddi-buluğa çatmış şəxs öz razılıqları olduğu halda bir otaqda qala bilməzlər” – Bilalov bildirib. “Ölkəmizdə kifayət qədər insan var ki, həyat yoldaşı ilə rəsmi deyil, sadəcə molla kəbini ilə yaşayır. Yəni bunların bir yerdə istirahət etmək hüququ niyə pozulmalıdır ki? Bildiyiniz kimi, Prezidentin sərəncamı ilə Turizm Şurası, onun əsasnaməsi və tərkibi təsdiq edilib. Düşünürəm ki, bu məsələ ictimailəşdirilməli və Turizm Şurasında müzakirə olunaraq, birdəfəlik həll edilməlidir” – müsahibimiz əlavə edib.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi İntiqam Hümbətovun sözlərinə görə də, ölkə qanunvericiliyində hotellərin və ya istirahət mərkəzlərinin nikah şahadətnaməsi tələb etməsinə dair maddə yoxdur: “Yəni istənilən şəxs şəxsiyyət vəsiqəsini təqdim edərək, hotelə yerləşə bilər. Bu barədə nazir özü də müsahibəsində qeyd edib”.
Bəs hotel əməkdaşı nikah şəhadətnaməsi tələbində israr edərsə, o zaman nə etmək lazımdır? Sualı cavablandıran hüquq müdafiəçisi Tağı Hüseynovun sözlərinə görə, belə hallar çox olsa da, hotellərin nikah şəhadətnaməsi tələb etməsi qanunsuzdur. “Vətəndaş belə halla qarşılaşdığı zaman polisə, prokurorluğa, ombudsmana və Mədəniyyət və Turizm Nazirliyinə şikayət edə bilər. Hər bir insanın istirahət etmək hüququ var. Kimsənin bu hüququ pozmağa haqqı yoxdur” – ekspert vurğulayıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
14-11-2024
13-11-2024