Əziz Ələkbərli: “10 noyabr Bəyanatı postmünaqişə dövründə hərbi gücün yaratdığı diqtənin diplomatiyaya keçidinə zəminlər yaradan strategiyanın başlanğıcı idi”
Tarix: 10-11-2024 | Saat: 08:17
Bölmə:Manşet / Siyasət / Özəl / Seçilənlər-9 | çapa göndər
İkinci Qarabağ müharibəsini başa çatdıran 10 noyabr üçtərəfli Bəyanatının (Azərbaycan, Rusiya, Ermənistan) imzalanmasından 4 il ötür. Bu bəyanat Ermənistanın biabırçı kapitulyasiyası olmaqla bərabər, üç rayonun (Ağdam, Kəlbəcər, Laçın) döyüşsüz qaytarılması Azərbaycanın əlavə itki vermək risklərini aradan götürdü. Bu bəyanat Azərbaycan Ordusunun apardığı uğurlu hərbi əməliyyatların, cənab Prezıdent, Müzəffər sərkərdə İlham Əliyevin informasiya məkanında təkbaşına mübarizəsinin məntiqi davamı idi, bu sənəd postmünaqişə dövründə hərbi gücün yaratdığı diqtənin diplomatiyaya keçidinə zəminlər yaradan strategiyanın başlanğıcı idi.
Hərbi məkanda qələbə ermənilərin yenilməz ordu mifini alt-üst etdi. Rəsmi İrəvanın uzun illər ərzində ordu haqqında bəslədiyi mif puç oldu. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu canı-qanı bahasına Ermənistan Ordusunun məğlubedilməzliyi barədə illərdir formalaşdırılmış mifi 44 günə dağıtdı, bütün qüvvələri Azərbaycan xalqının iradəsi ilə hesablaşmağa vadar etdi və Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi.
Bu sözləri aia.az-a müsahibəsində Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, millət vəkili Əziz Ələkbərli söyləyib.
Müsahibimiz qeyd edib ki, “Azərbaycan Ordusu qarşısında param-parça olan, minlərlə itki vermiş, yüzlərlə ağır texnikası, hava hücumundan müdafiə vasitələri məhv edilmiş və ya hərbi qənimət kimi ələ keçirilmiş Ermənistan dövləti 10 noyabr 2020-ci ildə Rusiya Prezidentinin, Azərbaycan Prezidentinin və Ermənistanın baş nazirinin imzaladığı Üçtərəfli Bəyanatla rəsmi şəkildə təslim olduğunu qəbul etdi.
Bəyanata uyğun olaraq erməni işğalçıları zəbt etdikləri Laçın, Kəlbəcər və Ağdam rayonlarından verilmiş tarixə uyğun olaraq çıxdılar. İşğal altında olan rayonlarımız itkisiz, amma müharibənin yaratdığı siyasi vəziyyətə görə azad olundu. Bildirim ki, Laçın və Kəlbəcər ərazisinə görə işğal altında olan rayonların ən böyükləridir və ərazilərinin böyük hissəsi də dağlıqdır. Bu rayonların döyüşsüz işğaldan azad olunması əlavə itkilərimizin qarşısını aldı”.
Əziz Ələkbərli bildirib ki, “İmzalanmış Bəyanat rəsmi İrəvanın regionun inkişafına təhdid yaradan işğalçı siyasətinə son qoydu. 30 ildir danışıqlar prosesində Ermənistan haqsız nail olmaq istədiklərinin heç birini əldə edə bilmədi və uydurma “Böyük Ermənistan” planı fiaskoya uğradı.
Prezident İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olmasının ən başlıca səbəbidir. Azərbaycan həm döyüş meydanında, həm də danışıqlar masası arxasında istədiyinə nail oldu, tarixi ədaləti bərpa etdi. Bütün dünya gördü ki, Azərbaycan xalqı heç vaxt məğlubiyyətlə barışmayacaq və gec-tez öz amalına qovuşacaqdır. 10 noyabr Bəyanatından bu gün dörd il keçir və Azərbaycan üzərinə götürdüyü öhdəlikləri layiqincə yerinə yetirir. Artıq Xankəndində və Xocalıda, Əsgəranda və Xocavənddə, bir sözlə, bütün Qarabağda və Şərqi Zəngəzurda Azərbaycan bayrağı vüqarla dalğalanır. İşğaldan azad olunmuş ərazilərdə böyük quruculuq işləri uğurla aparılır. İmzalanmış Bəyanata əsasən reallaşacaq kommunikasiya layihələri vasitəsilə Naxçıvan Muxtar Respublikasının Azərbaycanın əsas hissəsi ilə quru yollarla birləşməsi tarixi hadisə olacaqdır.”
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər