Mobil versiya
On beş il əvvəl Naxçıvandan başlayan yol və gündən-günə güclənən birlik - Könül Nurullayeva
Tarix: 08-11-2024 | Saat: 20:05
Bölmə:Manşet / Siyasət | çapa göndər

On beş il əvvəl Naxçıvandan başlayan yol və gündən-günə güclənən birlik

Türk Dövlətləri Təşkilatının dövlət başçılarının Bişkekdə keçirilən 11-ci görüşü də vacib qərarlar və mesajlarla yadda qaldı. “Türk dünyasının gücləndirilməsi: iqtisadi inteqrasiya, davamlı inkişaf, rəqəmsal gələcək və hər kəs üçün təhlükəsizlik” mövzusunda keçirilən toplantıda bir daha aydın oldu ki, əsas hədəf təşkilata üzv ölkələrin strateji tərəfdaşlığının daha da möhkəmləndirilməsidir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

K.Nurullayeva bildirib ki, 15 il ərzində üzv dövlətlər arasında qarşılıqlı fəaliyyətin daha da gücləndirilməsi istiqamətində intensiv işlər görülməkdədir. 2009-cu ildə Naxçıvanda Şura kimi fəaliyyətə başlayan qurum son illərdə ən uğurlu dövrə qədəm qoyub. Prezident İlham Əliyevin də bəyan etdiyi kimi, təşkilat bu dövr ərzində uğurlu inkişaf yolu keçib. Cari ilin iyulunda Şuşa şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə imzalanmış Qarabağ Bəyannaməsi əməkdaşlığın daha da dərinləşməsinə töhfə verir. Belə ki, Qarabağ Bəyannaməsi ilə Türk Dünyasının inkişafının yeni yol xəritəsi müəyyənləşib. Qarşıdakı dövrdə təşkilat öz fəaliyyətini Qarabağ Bəyannaməsinin müddəalarında əks olunan istiqamətlər əsasında davam etdirəcək.

Deputat vurğulayıb ki, bu sənəd də Türk dövlətləri arasında sabit və çoxşaxəli əlaqələrin inkişafını nəzərə almaqla imzalanıb.

“TDT ən aktual məsələlərdən biri - iqlim dəyişikliyi ilə mübarizəni də diqqətdə saxlayır. Belə ki, Mülki Müdafiə Mexanizmi fəlakətlər və fövqəladə hallar zamanı ehtiyacların səmərəli, əlaqələndirilmiş və sürətli şəkildə qarşılanması məqsədilə yaradılıb. Dövlətimizin başçısı COP29 konfransının işində TDT üzvlərini fəal iştiraka çağırdı.

Bununla yanaşı, TDT və Afrika İttifaqı arasında əməkdaşlığın dərinləşdirilməsi də əsas hədəflərdən biridir. Bu, TDT-nin əməkdaşlıq coğrafiyasının genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır”, - deyə K.Nurullayeva diqqətə çatdırıb.

Azərbaycan Dövlət İnformasiya Agentliyi
ŞƏRH
On beş il əvvəl Naxçıvandan başlayan yol və gündən-günə güclənən birlik - RƏY
08.11.2024 [16:54]
A+ A-
On beş il əvvəl Naxçıvandan başlayan yol və gündən-günə güclənən birlik - RƏY
Bakı, 8 noyabr, AZƏRTAC

Türk Dövlətləri Təşkilatının dövlət başçılarının Bişkekdə keçirilən 11-ci görüşü də vacib qərarlar və mesajlarla yadda qaldı. “Türk dünyasının gücləndirilməsi: iqtisadi inteqrasiya, davamlı inkişaf, rəqəmsal gələcək və hər kəs üçün təhlükəsizlik” mövzusunda keçirilən toplantıda bir daha aydın oldu ki, əsas hədəf təşkilata üzv ölkələrin strateji tərəfdaşlığının daha da möhkəmləndirilməsidir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

K.Nurullayeva bildirib ki, 15 il ərzində üzv dövlətlər arasında qarşılıqlı fəaliyyətin daha da gücləndirilməsi istiqamətində intensiv işlər görülməkdədir. 2009-cu ildə Naxçıvanda Şura kimi fəaliyyətə başlayan qurum son illərdə ən uğurlu dövrə qədəm qoyub. Prezident İlham Əliyevin də bəyan etdiyi kimi, təşkilat bu dövr ərzində uğurlu inkişaf yolu keçib. Cari ilin iyulunda Şuşa şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə imzalanmış Qarabağ Bəyannaməsi əməkdaşlığın daha da dərinləşməsinə töhfə verir. Belə ki, Qarabağ Bəyannaməsi ilə Türk Dünyasının inkişafının yeni yol xəritəsi müəyyənləşib. Qarşıdakı dövrdə təşkilat öz fəaliyyətini Qarabağ Bəyannaməsinin müddəalarında əks olunan istiqamətlər əsasında davam etdirəcək.

Deputat vurğulayıb ki, bu sənəd də Türk dövlətləri arasında sabit və çoxşaxəli əlaqələrin inkişafını nəzərə almaqla imzalanıb.

“TDT ən aktual məsələlərdən biri - iqlim dəyişikliyi ilə mübarizəni də diqqətdə saxlayır. Belə ki, Mülki Müdafiə Mexanizmi fəlakətlər və fövqəladə hallar zamanı ehtiyacların səmərəli, əlaqələndirilmiş və sürətli şəkildə qarşılanması məqsədilə yaradılıb. Dövlətimizin başçısı COP29 konfransının işində TDT üzvlərini fəal iştiraka çağırdı.

Bununla yanaşı, TDT və Afrika İttifaqı arasında əməkdaşlığın dərinləşdirilməsi də əsas hədəflərdən biridir. Bu, TDT-nin əməkdaşlıq coğrafiyasının genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır”, - deyə K.Nurullayeva diqqətə çatdırıb.

Onun sözlərinə görə, dünyanın üzləşdiyi hazırkı geosiyasi və təhlükəsizlik çağırışları Türk dövlətlərinin vahid güc kimi çıxış etməsini zərurətə çevirib. Bu mənada, üzv ölkələr dünyada artan təhlükələri nəzərə alaraq müdafiə, təhlükəsizlik və müdafiə sənayesi sahələrində əməkdaşlığı da dərinləşdirir. Paralel olaraq hazırda təşkilat üzvləri arasında həyata keçirilən layihələrdə müasir texnologiyalardan istifadə, süni intellektin tətbiqi, təhlükəsizlik məsələləri, elektron ticarətin təşkili və reallaşdırılması prioritet istiqamətlərdir.

“Bir sözlə, 15 il əvvəl Naxçıvandan başlayan yol uğurla davam edir və əsas güc mərkəzlərindən biri kimi TDT-nin rolu daha da artır”, - deyə Könül Nurullayeva vurğulayıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-11-2024