Əziz Ələkbərli: “Cənab İlham Əliyevin ardıcıl və məqsədyönlü siyasəti ölkəmizi aydın sabahlara, Türk dünyasının sarsılmaz birliyinə doğru aparır."
Tarix: 08-11-2024 | Saat: 19:08
Bölmə:Manşet / Siyasət | çapa göndər
Son illərdə Türk dövlətləri arasında əlaqələr bütün sahələrdə intensiv xarakter alıb və dövrün tələblərinə, baş verən proseslərə uyğun olaraq sürətlə inkişaf etdirilir. TDT-yə üzv ölkələr arasında yaxın dostluq və qardaşlıq əlaqələrinin olması, onların bir-birini qarşılıqlı şəkildə dəstəkləməsi təşkilatın inkişaf perspektivlərini şərtləndirən əsas amillərdən biridir. Ortaq soy-kök, ortaq tarix və mədəniyyət, milli dəyərlər, eyni zamanda, üzv ölkələr arasında qarşılıqlı dəstək, mövcud potensial və həyata keçiriləcək layihələr Türk Dövlətləri Təşkilatının rolunu daha da artırır və onu dünyanın aparıcı beynəlxalq qurumlarından birinə çevirir.
Cənab Prezident İlham Əliyev noyabrın 6-da Bişkekdə keçirilən Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 11-ci Zirvə görüşündə Türk dünyasının birləşməsi istiqamətində ölkələrimizin göstərdiyi böyük səylərin müsbət nəticələrindən məmnunluğunu ifadə etmişdir: “Bu il Türk Dövlətləri Təşkilatının əsasını qoymuş Naxçıvan Sazişinin 15-ci ildönümüdür. Təşkilatımız bu dövr ərzində uğurlu inkişaf yolu keçib. İyul ayında Şuşa şəhərində keçirilmiş Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə imzalanmış Qarabağ Bəyannaməsi əməkdaşlığın daha da dərinləşməsinə töhfə verir. Azərbaycan Türk Dövlətləri Təşkilatının möhkəmlənməsi istiqamətində səylərini bundan sonra da davam etdirəcək.”
Qeyd edək ki, hazırda dünyanın aparıcı beynəlxalq təşkilatlarının müxtəlif ölkələrin maraqlarının toqquşması nəticəsində öz üzərinə düşən vəzifəni yerinə yetirə bilməməsi sirr deyil. Bu baxımdan ortaq tarixi, mədəniyyəti, ənənələri paylaşan və təbii müttəfiqlər olan ölkələrin formalaşdırdığı TDT-nin unikal üstünlükləri var. Belə ki, üzv ölkələrin yuxarıda sadalanan ortaq cəhətləri təşkilat daxilində həmrəyliyin güclənməsinə xidmət etməklə yanaşı, qarşılıqlı inam və dəstəyə, geniş əməkdaşlığa şərait yaradır.”
Bu sözləri aia.az-a müsahibəsində Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, millət vəkili Əziz Ələkbərli söyləmişdir.
Müsahibimiz qeyd edib ki, “TDT-də təhlükəsizlik və müdafiə sənayesi sahələrində əməkdaşlıq böyük əhəmiyyət daşıyır. Son dövrlər hüquq-mühafizə və təhlükəsizlik orqanlarımız arasında əməkdaşlığın daha da genişlənməsi, üzv dövlətlərin silahlı qüvvələrinin iştirakı ilə hərbi təlimlərin keçirilməsi, hərbi təhsil müəssisələrimizdə qardaş ölkələrin müdavimlərinin təhsil alması qarşılıqlı etimadın və dostluğun göstəricisi kimi qiymətləndirilməlidir.
Cənab İlham Əliyev yüksək səviyyəli əməkdaşlıq spektrlərinin mövcudluğu fonunda Təşkilatın daha da səmərəli fəaliyyət göstərməsi üçün maliyyə dəstəyinin gərəkliyini qeyd edərək, bildirib ki, Türk Dövlətləri Təşkilatının mövcud büdcəsi qarşıya qoyduğumuz hədəflərin həyata keçirilməsi üçün yetərli deyildir. Ümid edirəm ki, Azərbaycanın Türk Dövlətləri Təşkilatının Katibliyinə 2 milyon və Ağsaqqallar Şurasına 100 min ABŞ dolları məbləğində maliyyə dəstəyi təşkilatın potensialının daha da güclənməsinə töhfə verəcək.
Əziz Ələkbərli Şərq-Qərb Nəqliyyat Dəhlizinin Türk dünyası üçün böyük əhəmiyyət daşıdığını qeyd edərək bildirdi ki, cənab İlham Əliyevin bu dəhlizin formalaşmasında, indiki səviyyədə fəaliyyət göstərməsində fəaliyyətinin əvəzsiz olduğunu hamı bilir və qiymətləndirir. Bişkek görüşündə bir daha dəhlizin önəmini vurğulayan dövlət başçısı qeyd etdi ki, “Mərkəzi Asiya ölkələri ilə Türkiyəni Azərbaycan üzərindən bağlayan bu dəhlizin ötürmə qabiliyyətinin yüksəldilməsi üçün Azərbaycan öz sərmayələrini artırır. 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 2024-cü ilin yanvar-sentyabr aylarında üzv və müşahidəçi dövlətlər ilə tranzit daşımalarının həcmində 15 faizə yaxın artım müşahidə edilir.”
Müsahibimiz hazırda ölkəmizin çox böyük və əhəmiyyətli, dünya səviyyəli bir tədbir – COP29 iqlim konfransı ərəfəsində olduğunu, ölkə başçısının bu tədbirə yüksək səviyyədə önəm verdiyini xatırladaraq qeyd edib ki, cənab İlham Əliyev Bişkek sammitində deyib: “200-ə yaxın ölkə Azərbaycanın COP29 iqlim konfransına ev sahibliyinə namizədliyini yekdilliklə dəstəkləmişdir. Azərbaycan yaxın günlərdə COP29 iqlim konfransına ev sahibliyi edəcəkdir. Bu, beynəlxalq aləmin ölkəmizə böyük hörmətinin və dəstəyinin təzahürüdür. Əminəm ki, Türk Dövlətləri Təşkilatına üzv ölkələr də COP29 konfransının işində fəal iştirak edəcəklər.”
Bəli, düşünülmüş, ölçülüb-biçilmiş siyasətin mahiyyəti və qayəsi aydın olanda inkişaf da olacaqdır, dəstək də. Qardaş Türk dövlətləri ilə münasibətlərin yüksələn xətlə inkişafı da bunu deməyə əsas verir. Cənab İlham Əliyevin ardıcıl və məqsədyönlü siyasəti ölkəmizi aydın sabahlara, Türk dünyasının sarsılmaz birliyinə, qarşılıqlı əməkdaşlığa və dostluğa doğru aparır.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
30-12-2024