Mobil versiya
YAP İdarə Heyətinin iclası keçirilib -Foto
Tarix: 06-11-2024 | Saat: 18:37
Bölmə:Manşet / Siyasət | çapa göndər

YAP İdarə Heyətinin iclası keçirilib

Noyabrın 6-da Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin videokonfrans formatında növbəti iclası keçirilib.

İclasda YAP Xətai və Nərimanov rayon təşkilatlarına sədr təyin olunması məsələsinə baxılıb, Ramil Kamil oğlu Mirzəyevin və Elçin Bəybala oğlu Quliyevin namizədliyi ətrafında müzakirələr aparılıb.

YAP İdarə Heyətinin üzvləri Musa Quliyev, Şahin İsmayılov, Mübariz Qurbanlı, Hikmət Məmmədov, Bahar Muradova, Elmar Qasımov, Azər Badamov, Kamal Cəfərov, Bayram Aslanov və Əfsun Sucayev çıxış edərək hər iki şəxsin namizədliyini dəstəklədiklərini bildirib və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.

Müzakirələrdən sonra Ramil Kamil oğlu Mirzəyevin YAP Xətai rayon təşkilatının, Elçin Bəybala oğlu Quliyevin isə Nərimanov rayon təşkilatının sədri vəzifəsinə təyin olunması haqqında qərar qəbul olunub.

Hər iki şəxs çıxış edərək partiya rəhbərliyinə təşəkkürlərini bildirib və göstərilən etimadı layiqincə doğrultmağa çalışacaqlarını vurğulayıblar.

Ərazi bütövlüyü və suverenliyini bərpa edən ölkəmizin yeni dövrə qədəm qoyduğunu vurğulayan YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov bu dönəmdə YAP yerli təşkilatlarının da üzərinə böyük məsuliyyət düşdüyünü, Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin müəyyənləşdirdiyi, eləcə də partiyanın Nizamnamə və Proqramından irəli gələn vəzifələrin günün tələbləri səviyyəsində mütəşəkkil və operativ yerinə yetirilməsinin qarşıda duran əsas məsələ olduğunu diqqətə çatdırıb.

YAP Mərkəzi Aparatının rəhbəri yeni təyin olunmuş sədrləri təbrik edərək onlara göstərilən yüksək etimadı doğruldacaqlarına inamını ifadə edib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-11-2024