Mobil versiya
YENİ QANUN - Kasıbın fahişə pulunu dövlət ödəyəcək
Tarix: 11-01-2017 | Saat: 14:29
Bölmə:Gündəm / Karusel | çapa göndər




Almaniyanın müxalif "Yaşıllar Partiyası" parlamentə bir sıra qanun layihəsi təqdim etməyə hazırlaşır.

Hər bir insanın nizamlı bir cinsi həyatı olmağının vacib olduğunu müdafiə edən "Yaşıllar" yoxsulluq səbəbiylə hər hansı bir qadınla cinsi əlaqəyə girə bilməyən şəxslərin dövlət yardımıyla fahişəxanalara aparılmasını və pulun da dövlət tərəfindən ödənilməsini tələb edir.

Bununla da ölkədəki zorakılıq hallarının da azalacağını qeyd edən partiya rəhbəri Elizabet Şarfenberq: "Kasıb insanlar maddi problemlər səbəbiylə cinsi ehtiyacını təmin etməyə bilərlər. Onlar fahişə yanına getmək üçün pula da sahib deyillər. Dövlət bu insanlara kömək etməlidir. Bu qayda fiziki və əqli qüsurlu insanlar üçün də nəzərdə tutulub", - ifadələrini işlədib.

Qeyd edək ki, fahişəliyin qanuni olduğu Almaniyada dövlət səviyyəsində xeyli sayda fahişəxana var.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
13-11-2024