Mobil versiya
Anar Məmmədov Bərdədə vətəndaşları qəbul etdi -Fotolar
Tarix: 06-11-2024 | Saat: 11:12
Bölmə:Ölkə | çapa göndər

Anar Məmmədov Bərdədə vətəndaşları qəbul etdi

Milli Məclisin deputatı Anar Məmmədov Bərdə rayonu 866 ailəlik qəsəbədə Mənzil Kommunal Təsərrüfat Birliyinin inzibati binasında Ağdərə rayonundan olan vətəndaşları qəbul edib.

Görüşdə vətəndaşlar tərəfindən sosial problemlərin həlli, müalicə ilə bağlı problemlərin həlli kimi məsələlər ən çox səsləndirilən fikirlərdən olub.

Vətəndaşların müraciətləri Anar Məmmədov tərəfindən diqqətlə dinlənilib, millət vəkilinin səlahiyyətlərinə aid müraciətlər qanun çərçivəsində həll olunub, digər müraciətlərlə bağlı isə vətəndaşlara müvafiq izahatlar verilib, vətəndaş məmnunluğu təmin olunub.

Qəbulda iştirak edən vətəndaşlar doğma torpaqlarımızın işğaldan azad olunmasına, onlara dövlət tərəfindən göstərilən davamlı diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-12-2024