Mobil versiya
Prezidentlərin görüşünə hazırlıq başladı
Tarix: 15-09-2015 | Saat: 15:10
Bölmə:Siyasət / Aia TV / Karusel | çapa göndər


"ATƏT-in Minsk qrupunun həmsədrləri BMT Baş Assambleyası çərçivəsində xarici işlər nazirlərinin görüşünü təşkil edəcək"

Aia.az xəbər verir ki, bu barədə "Report"a ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta ATƏT-in Minsk qrupu həmsədrlərinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı növbəti addımlarını şərh edərkən bildirib.

Səfirin sözlərinə görə, BMT Baş Assambleyası çərçivəsində baş tutacaq görüş zamanı vasitəçilər nazirlərlə bu ilin sonunadək prezidentlərin növbəti görüşünün keçirilməsi imkanlarını müzakirə edəcəklər.

ABŞ səfiri həmsədrlərin regiona səfərinin dəqiq tarixinin isə məlum olmadığını bildirib: "Bu səfər payıza planlaşdırılır".

Qeyd edək ki, sentyabrın 15-də Nyu-Yorkda BMT Baş Assambleyasının 70-ci sessiyasının rəsmi açılışı olacaq. Ümumi müzakirələr sentyabrın 28-dən oktyabrın 3-dək keçiriləcək.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-12-2024