“Qərbin Gürcüstan planı fiaskoya uğradı"
Tarix: 31-10-2024 | Saat: 09:12
Bölmə:Siyasət / Manşet | çapa göndər
Qərbin Cənubi Qafqazda ayırıcı xəttlər çəkmək siyasəti iflasa uğrayır. Gürcüstanda seçkinin nəticələri Qərbin məkrli planlarını alt-üst etdi. Müxalifət exit-polların elanından sonra eyforiyaya qapılsa da, bir nəticəsi olmadı. Rəsmi məlumatlar “Gürcü arzusu”nun xeyrinə oldu. Seçkinin nəticəsini dəyişə biləcək heç bir fakt aşkarlanmadı. Müxalifətin etiraz aksiyasını yubatması onların əslində çaşqınlıq içində olduğunu və monolitliyin olmadığını təsdiqlədi. 2003-cü illə müqayisədə bu gün müxalifətin nüfuzlu lideri yoxdur. İki gün əvvəl keçirilən etiraz aksiyası da seçkinin nəticələrini dəyişə biləcək səviyyədə deyildi.
Azərbaycanlıların Gürcüstanda seçkilərdə iştirakı və həlledici rolunu xüsusi qeyd etməliyik. Məlumdur ki, bu ölkədə 300 min azərbaycanlı yaşayır və soydaşlarımızın yaşadığı bütün regionlarda səs faizi yüksək olub. Təsadüfi deyil ki, Azərbaycanlı seçicilərin hakim partiyanın ümumi səslərinin formalaşmasında 7-8 faiz payı var. Bu da soydaşlarımızın öz əhatəsi və təsir imkanlarına görə seçki prosesində, Gürcüstanın siyasi arenasında həlledici potensiala malikdir.
Seçkilərin nəticələri Qərbin Gürcüstanda yürütdüyü siyasətə və regionda ayrıcı xətlər yaratmaq siyasətinə böyük zərbədir.
Onlar Azərbaycan dövlətinin regional siyasətini, Azərbaycan-Gürcüstan münasibətlərinin möhkəmlənməsi və inkişafına yönəlmiş siyasəti dəstəklədilər. Gürcüstanda hakim partiyanı dəstəkləyən soydaşlarımız ənənəvi dəyərlərə sadiq çıxan digər Gürcüstan vətəndaşları kimi Qərbin regionu parçalamaq və müharibə ocağına çevirmək siyasətinə qarşı çıxış etdilər. Cənubi Qafqaz ölkələrinin birliyi bu regionu parçalamaq cəhdlərinə zərbə vurur. Bunu Ermənistan da dərk etməli və detruktiv qüvvələrin əlində alətə çevrilməməlidir.
Könul Nurullayeva
Milli Məclisin deputatı
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər