Mobil versiya
“Xocalıya köçənlərə 1 metr torpaq da icarəyə verilmir” - Aqil Abbas
Tarix: 29-10-2024 | Saat: 14:27
Bölmə:Manşet / Parlament | çapa göndər

“Xocalıya köçənlərə 1 metr torpaq da icarəyə verilmir” -

"Xocalıya köçən ailələrə 1 metr torpaq da icarəyə verilməyib. Hamısını kənarda gələn adamlara veriblər. Azad edilmiş ərazilərdə torpaqların icarəsində bir Qarabağlı iştirak etməyib. Köçüblər, yaşayırlar, amma heyvan saxlamağa yer verməyiblər".

aia.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Aqil Abbas “Torpaq icarəsi haqqında” qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deyib.

Deputat qeyd edib ki, Ali Baş Komandan torpaqları 44 günə azad edib: "Bunu verin camaat özü əksin. Bu torpaqlar kiminsə monopoliyası üçün azad olunmayıb. Adam var Xocalıda nar bağını icarəyə götürüb. Bu niyə bir Xocalıdan olana verilməyib? Belə problemlər var. Bununla ciddi məşğul olmaq lazımdır. Bu torpaqlar yerli camaata icarəyə verilmir".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə