Mobil versiya
"Təəssüf ki, bu sahədə müəyyən problemlər var" - Deputat
Tarix: 29-10-2024 | Saat: 13:09
Bölmə:Karusel / Parlament | çapa göndər

"Təəssüf ki, bu sahədə müəyyən problemlər var" -

"Ortaq əlifba məsələsi ilə bağlı məqamın əldə olunmasını arzulayardım. Ortaq əlifba barədə ümumi razılaşma əldə olunsa da, amma bunun tətbiqi böyük problemdir".

aia.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə”nin təsdiq edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deyib.

O bildirib ki, Özbəkistan kitab sərgilərində, ədəbiyyat mühitində Azərbaycanın son dönəm yazıçılarının əsərləri yoxdur: "Biz tərcümə sektoru ilə bağlı məsələni ciddi şəkildə inkişaf etdirməliyik. Təəssüf ki, bu sahədə müəyyən problemlər var. Biz ədəbiyyatımızın xaricdə tanınması istiqamətində zəruri olan dövlət fondunu yarada bilməmişik".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə