Mobil versiya
Bələdiyyələrə yığımların nağdsız qaydada həyata keçirilməsi təklif edilir
Tarix: 29-10-2024 | Saat: 13:00
Bölmə:Parlament | çapa göndər

Bələdiyyələrə yığımların nağdsız qaydada həyata keçirilməsi təklif edilir

Bələdiyyələrə yığımların nağdsız qaydada həyata keçirilməsi təklif edilir.

aia.az xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Nağdsız hesablaşmalar haqqında” qanuna təklif edilən dəyişiklikdə öz əksini tapıb.

Qanunun 3.4.1-ci maddəsinə əsasən vergilərin yığımı nağdsız qaydada həyata keçirilir. Bu müddəa bələdiyyə vergilərinə də şamil olunur.

Adıçəkilən qanuna təklif olunan dəyişikliyə əsasən bələdiyyələrə ödənilən xidmət haqları və digər yığımlar üzrə hesablaşmaların da nağdsız qaydada həyata keçirilməsi təklif olunur.

Dəyişikliklər bələdiyyə büdcəsinin formalaşmasının və icrasının elektronlaşdırılmasına, elektron ödəniş üsullarından istifadə etməklə nağdsız qaydada həyata keçirilməsinə, bununla da şəffaflığın təmin olunmasına, yerli büdcənin icrasının və vəsaitlərdən istifadənin səmərəliliyinin artırılmasına xidmət edəcəkdir.

Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq I oxunuşda qəbul edilib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə