Azərbaycan XİN Türkiyəni Cümhuriyyət Günü münasibətilə təbrik etdi
Tarix: 29-10-2024 | Saat: 10:05
Bölmə:Karusel / Siyasət | çapa göndər
Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Türkiyə Respublikasını Cümhuriyyət Günü münasibətilə təbrik edib.
aia.az xəbər verir ki, təbrikdə deyilir:
"29 oktyabr - müttəfiq Türkiyə Respublikasının Cümhuriyyət Günündə qardaş ölkəmizin əsasının qoyulmasının 101-ci ildönümünü qeyd edirik.
Bu möhtərəm gündə, Türkiyə Respublikasının banisi dahi Mustafa Kamal Atatürkün, Türkiyə Respublikasının yaradılması naminə aparılan mübarizədə canlarını fəda edən şəhidlərimizin, sağlamlıqlarından keçən qazilərimizin əziz xatirəsini yad edirik.
Bölgədə və dünyada ədalət və inkişaf beşiyi olan Türkiyə Respublikası, habelə regionda və beynəlxalq müstəvidə təkrarı olmayan Azərbaycan-Türkiyə qardaşlığı əbədi olaraq yaşayacaq".
Xarici işlər naziri Ceyhun Bayramov da Türkiyəni təbrik edib:
"Bu əziz gündə, qardaş ölkəmizin qurucularının, şəhidlərimizin və qazilərimizin əziz xatirəsini dərin ehtiramla yad edir, Türkiyə Respublikasının daha da güclənməsini və inkişaf etməsini arzulayırıq", - deyə nazirin "X" sosial şəbəkəsində etdiyi paylaşımında qeyd olunur.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər