Avropa Parlamenti parlamentarizm prinsipləri ilə deyil, maraqlarla idarə olunur
Tarix: 25-10-2024 | Saat: 09:00
Bölmə:Manşet / Siyasət | çapa göndər
Avropa Parlamentinin Ermənistanın, erməni diasporunun və rəsmi İrəvandan Cənubi Qafqazda geosiyasi maraqlarını ifadə etmək üçün yararlanmağa çalışan dairələrin əssassız və böhtan xarakterli mülahizələrinə söykənərək, həmçinin ənənəvi, xroniki hal almış qərəzinindən çıxış edərək Azərbaycan əleyhinə qəbul etdiyi növbəti qarayaxma qətnaməsi prosesin vahid mərkəzdən idarə olunduğunu bir daha təsdiqləyir. Sözügedən kağız parçasının Avropa İttifaqının Ermənistan-Azərbaycan sərhəddindəki heç bir statusu olmayan “müşahidə missiyası”nın hərəkətə gəlməsi, eləcə də bir sıra Qətb ölkələrinin ayrı-ayrı təsisatlarının, media subyektlərinin apardıqları böhtan və təzyiq kampaniyaları ilə sinxron şəkildə qəbul edilməsi də bunu sübuta yetirir.
30 ilə yaxın yüzminlərlə azərbaycanlı köçkünün öz ebindən didərgin düşməsinə, qərbi azərbaycanlıların indiki Ermənistan ərazisindən – öz doğma və tarixi yurd yerlərindən qovulmalarına göz yuman, bu gün də Cənubi Qafqazda sülhün, təhlükəsizliyin təmin edilməsinə manaə yaratmaq üçün bütün riyakar üslublardan istifadə edən Avropa Parlamentindən, şübhəsiz ki, obyektiv mövqe gözləmək də mümkün deyil.
Avropa Parlamenti, nədənsə bu qurumun ən böyük ölkələrindən biri olan Fransada sosial hüquqlarının müdafiəsi üçün etiraz edən şəxslərə, “sarı jiletlilər”ə, media nümayəndələrinə, hüquq müdafiəçilərinə qarşı həyata keçirilən polis zorakılığını, yüzlərlə insanın həbsə atılmasını, insanların dini və etnik mənsubiyyətinə görə təqib olunmalarını görmək istəmir.
Ermənistanda siyasi hakimiyyətin öz rəqiblərini ən müxtəlif bəhanələrlə həbsə atmasına, media resurslarının təqib və təzyiqlərə məruz qalmalarına, müxalif partiayaların təmsilçilərinin zorakılığa, təzyiqlərə dözməyərək ölmələrinə göz yuman Avropa Parlamentinin Azərbaycanı qondarma, əsassız mülahizələrlə ittiham etməsi siyasi riyakarlığın son həddi hesab oluna bilər.
Çirkli pullar müqabilində Ermənistan və erməni diasporu da daxil olmaqla ayrı-ayrı ölkələrin, təsisatların nüfuz müvəkkilliyini yerinə yetirən parlamentarilərin “meydan suladığı” Avropa Parlamenti öz nüfuzunu çoxdan itirib və parlamentarizm prinsipləri ilə deyil, maraqlarla idarə olunur.
Gözləri qatı irqçilik, islamofobiya və ksenofobiya pərdəsi ilə örtülmüş Avropa parlamentariləri, nədənsə erməni vəhşiliyinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərindəki qanlı izlərini görmür, bəşər tarixinin ən utancverici mənzərəsinə Avropa Parlamentinin qəbul etdiyi növbəti “qətnamə” də bizim üçün əzik-üzük, simasızlığa, riyakarlığa, siyasi əxlaqsızlığa bulaşmış kağız parçasıdır və heç bir halda Azərbaycan dövlətinin iradəsinə, Azərbaycan xalqının mövqeyinə, ölkəmizin öz qanuni hədəflərinə çatmasına maneə yarada bilməz”.
Azər Kərimli
Milli Məclisin deputatı
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər