Mobil versiya
Ermənilər İrandan alət kimi istifadə etməyə çalışır
Tarix: 20-12-2016 | Saat: 21:35
Bölmə:Siyasət | çapa göndər

Ermənilər İrandan alət kimi istifadə etməyə çalışır







İran İslam Respublikasının prezidenti Həsən Ruhaninin dekabrın 21-də Ermənistana rəsmi səfəri reallaşacaq. Lakin daim "İslam həmrəyliyi"ni önə çəkən İranın Dağlıq Qarabağ bölgəsi də daxil olmaqla Azərbaycan torpaqlarının 20 faizini işğal etmiş, on minlərlə müsəlman əhalisini qətlə yetirmiş, məscidlərini yandırmış Ermənistanla siyasi-iqtisadi əlaqələri ilbəil genişləndirməsi heç də nə Azərbaycanda, nə İranın özündə xoş qarşılanmır. Bu baxımdan Həsən Ruhaninin İrəvan səfəri bir çox məqamlardan böyük maraq doğurur.



Beynəlxalq məsələlər üzrə ekspert, politoloq İlqar Vəlizadə bununla bağlı AIA.Az-a açıqlamasında bildirib ki, bu səfər böyük maraq doğursa, hələlik onun nəticələri barədə öncədən nəsə demək düzgün olmazdı. Ona görə də bir az gözləmək lazımdır. Amma bütün hallarda Azərbaycanı narahat edən məsələlər var:



"Biz Ruhaninin İrəvan səfəri zamanı İran tərəfinin özünün necə aparacağını dəqiq bilmirik. Amma Ermənistan bütün hallarda hər vəchlə çalışır ki, İran regionda onun istəklərini nəzərə alaraq hərəkət etsin. Aydındır ki, bu istək Türkiyə və Azərbaycana qarşı yönələ bilər. Ən təhlükəlisi isə odur ki, Ermənistan İrana nəsə təklif edə bilər. Məsələn, Ermənistan Tehrana İranın bölgədə "siyasi çəkisini artırmaq" və ya Türkiyə, yaxud da Azərbaycana qarşı hansısa kombinasiyalarda iştirak etmək üçün öz resurslarını təklif edə bilər. Keçmişdə belə fikirlər İranın bəzi dairələri tərəfindən maraqla qəbul olunurdu ki, bu da Azərbaycanı çox qıcıqlandırırdı. Ona görə də bu səfər bizi məsələyə daha ehtiyatlı yanaşmağa məcbur edir".



Bununla yanaşı, politoloq hesab edir ki, hələlik nəticə çıxarmağa tələsmək lazım deyil: "Düşünürəm ki, indi İranda siyasi vəziyyət dəyişib. İranın rəhbərliyi Türkiyə və Azərbaycanla daha irimiqyaslı layihələr həyata keçirməyə çalışır. Ona görə də praktik olaraq Ermənistanın maraqları nəzərə alınmayacaq. Lakin yenə də bütün hallarda Ruhaninin İrəvan səfərinin nəticələrini gözləməliyik. Bu baxımdan hələlik bu səfər barədə nəticə çıxarmaq hələ tezdir".



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-11-2024