Mobil versiya
Qubadlının azadlığı bir neçə gün çəkdi
Tarix: 17-10-2024 | Saat: 14:13
Bölmə:Siyasət | çapa göndər

Qubadlının azadlığı bir neçə gün çəkdi

Qubadlı kənd təsərrüfatı rayonudur. Burada işğala qədər taхıl, üzüm, tütün, bostan məhsulları becərilir, heyvandarlıqla məşğul olunurdu. Rayonun “Yazı düzü”, “Gəyən” və “Məzrə” adlanan düzləri bol məhsullu torpaqlar idi. Rayonun təsərrüfat fəaliyyətinin əsasını əkinçilik və heyvandarlıq təşkil edirdi. Tütünçülük rayonun iqtisadiyyatında mühüm yerlərdən birini tuturdu. Əsas əkin sahələri “Gəyən” və “Yazı” düzlərində, dağ ətəyi meşə zonasında, Bərgüşad və Həkəri çaylarının vadisində yerləşirdi.  Qubadlı rayonu 1993-cü ilin avqustun 31-də Ermənistan tərəfindən tamamilə işğal olunduqdan sonra rayonun təsərrüfatı, mədəni həyatı, iqtisadiyyatı tamamilə darmadağın edildi. Artıq Qubadlı azaddır və burada böyük inkişaf konsepsiyaları həyata keçirilir. 1988-ci ildən başlayaraq Еrmənistan Qubadlı rayonuna müxtəlif istiqamətlərdən təcavüzkar hücumlar başladıb. Bu hücumlar nəticəsində dinc əhaliyə qarşı tеrror törədilməsi sistеmli şəkildə davam еtdirilib. İşğal dövründə isə rəsmi İrəvan Qubadlıda Cenevrə konvensiyalarına zidd olaraq qanunsuz məskunlaşma apararıb. Erməni lobbisinin maddi dəstəyi ilə Qubadlının Xanlıq kəndində qanunsuz olaraq qəsəbə salınıb və məskunlaşma həyata keçirilib. Təbii ki, heç vaxt işğal faktı ilə barışmayana Azərbaycan xalqı və qalib dövlətimiz II Qarabağ müharibəsinin gedişində Qubadlının Ermənistanın işğalından azad edilməsi ilə strateji əhəmiyyət kəsb edən bir bölgəni öz nəzarətinə qaytarmış oldu. Sözsüz ki, müharibənin gedişatında bu olduqca vacib olan dönüş nöqtələrindən biri idi. 2020-ci ilin 25 oktyabr tarixi 44 günlük müharibənin gedişatında Müzəffər Ordumuz qarşısında aciz qalan düşmən Qubadlını tərk etd. Şanlı qələbəmiz ilə başa çatan Vətən müharibəsindən sonra Prezident Cənab İlham Əliyevin müvafiq tapşırıqları əsasında işğaldan azad olunan rayonlarımızda quruculuq-bərpa işləri uğurla davam etdirilir və yeni yeni infrastruktur layihələri icra olunur. Hazırda Qubadlı rayonunun gələcək inkişafı ilə bağlı əməli-praktiki işlərin aparılması davam edir. Bu gün Qubadlı yeni inkişaf dövrünü yaşayır. Qubadlı şəhəri və işğaldan azad edilən 41 kənd yenidən qurulur. İşğaldan azad edilmiş bütün şəhər və kəndlərimiz müasir dövrün tələbləri əsasında qurulur, soydaşlarımızın yüksək yaşayışının təmin edilməsi üçün zəruri olan bütün işlər görülür. Qubadlı rayonunun bütün kəndləri, o cümlədən Qubadlı şəhəri yeni görkəmdə olacaq. Eyni zamanda Baş plan ən müasir normalara uyğun olacaq və Qubadlının təbiəti və tarixi keçmişi də memarlıqda nəzərə alınacaq. Baş plana əsasən, şəhərin mərkəzi hissəsində evləri, iş yerlərini, istirahət, əyləncə və mədəni fəaliyyəti, sosial obyektləri bir mühitdə cəmləyən əlverişli şəraitin yaradılması istiqamətindədir. Şəhər üzrə tikinti sıxlığı mərkəzdən kənarlara doğru azalacaq. Orta mərtəbəli çoxmənzilli yaşayış binaları və ictimai tikililər mərkəzi hissədə, daha kənarlara doğru isə azmərtəbəli binalar və həyətyanı sahələrə malik fərdi evlər yerləşdiriləcək. Düşmən tapdağından azad edilmiş torpaqlarda artıq yarımstansiyalar inşa olunub. Bu infrastruktur layihəsi Qubadlının 2050-ci ilə qədərki inkişaf dinamikasını nəzərə alır. Qubadlıda dördzolaqlı yol strateji əhəmiyyət daşıyır. Bu yol Şərqi Zəngəzur iqtisadi rayonundakı rayonlar arasında birləşməni təmin edəcəkdir. Zəngilandan Qubadlıya, Laçına çəkilən dördzolaqlı yoldan insanlar rahat istifadə edəcəklər. Növbəti 20 il ərzində şəhər ərazisinin 505 hektara, əhali sayının isə 14 min nəfərə çatdırılması planlaşdırılır.
Qubadlının təbii imkanları nəzərə alınaraq şəhər parkları, meşə-parklar, çaykənarı bulvar salınacaq, həmçinin ictimai bağlar şəhərin əsas simasını təşkil edəcək.Ən əsası isə əzablı, məşəqqətli məcburi köçkünlük həyatı yaşayan insanlarımız öz doğma yurd yerlərinə qayıdıb yaşayacaqlar. Azərbaycanın həmin guşələri yenidən dirçələcək, yurd yerlərimiz, işğaldan azad olunmuş ərazilərimiz yenidən qaynar həyatına dönəcək.

Rüstəm Nağıyev,
YAP Gədəbəy rayon təşkilatının sədri.




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-11-2024