Mobil versiya
"İrəvan Gəncəyə edilmiş raket hücumlarını araşdırmalıdır" - Hikmət Hacıyev
Tarix: 17-10-2024 | Saat: 09:25
Bölmə:Manşet / Siyasət | çapa göndər

"İrəvan Gəncəyə edilmiş raket hücumlarını araşdırmalıdır" -

Ermənistan, Beynəlxalq Cinayət Məhkəməsinin üzvü kimi, 2020-ci ildə Gəncəyə edilmiş raket hücumlarını araşdırmalıdır.

aia.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev sosial şəbəkədə yazıb.

“17 oktyabr 2020: Gəncəyə ikinci ən ölümcül ballistik raket hücumu olub. Ermənistanın ballistik raket hücumları ilə dinc sakinləri qətlə yetirməsi təsadüf və ya yan təsir deyil, məqsədyönlü terror və qətl siyasətidir. BCM üzvü kimi, Ermənistan bu hərbi cinayətləri araşdırmalıdır”, – o qeyd edib.

Xatırladaq ki, bu gün İkinci Qarabağ müharibəsi dövründə Gəncə şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən beşinci dəfə raket hücumuna məruz qalmasından dörd il ötür.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-11-2024