Müdrik siyasətin müsbət nəticəsi
Tarix: 11-10-2024 | Saat: 09:00
Bölmə:Parlament | çapa göndər
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev oktyabrın 8-də Moskvada Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclasında iştirakı zamanı mühüm məqamlara toxunub.
Rusiya-Azərbaycan münasibətlərinə toxunan dövlətimizin başçısı, Vladimir Putinin bu yaxınlarda Azərbaycana dövlət səfərinin əhəmiyyətini vurğulayıb və əldə edilmiş razılaşmaların gələcəkdə iki ölkə arasında münasibətlərin ardıcıl inkişafına xidmət edəcəyini bildirib.
Cənab Prezident İlham Əliyev Laçın şəhərinin MDB-nin mədəniyyət paytaxtı seçilməsinə də toxunub: “MDB Humanitar Əməkdaşlıq Şurasının qərarına əsasən, Azərbaycanın Şərqi Zəngəzur bölgəsinin Laçın şəhəri 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı elan edilib. Laçın Azərbaycanın 30 ilə yaxın müddətdə Ermənistanın işğalı altında olmuş şəhərlərindən biridir və demək olar ki, tamamilə dağıdılmışdı. Bu gün Laçın artıq bərpa olunub. Burada yeni həyat başlayıb, keçmiş məcburi köçkünlər qayıdıblar. Laçının MDB-nin mədəniyyət paytaxtı elan edilməsi həm laçınlılar, həm də bütün Azərbaycan xalqı tərəfindən böyük minnətdarlıqla qarşılanıb”, - deyə dövlətimizin başçısı bildirib.
Ölkə başçımız Azərbaycanın beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi edəcəyindən də bəhs edib. Növbəti il Azərbaycanda III MDB Oyunlarının keçiriləcəyini vurğulayan cənab Prezident, Gəncə şəhərinin idman paytaxtına çevriləcəyini, yarışların Azərbaycanın 10-dan çox şəhərində keçiriləcəyini qeyd edib. Bir aydan sonra isə Bakının ən böyük beynəlxalq tədbirə - COP29 iqlim konfransına ev sahibliyi edəcəyini diqqətə çatdırıb.
“Biz 200-ə yaxın ölkənin bu konfransın Bakıda keçirilməsi haqqında yekdil qərarını bütün dünya ictimaiyyətinin Azərbaycana hörmətinin əlaməti kimi qiymətləndiririk”, - deyə Prezident İlham Əliyev bildirib.
Təbii olaraq beynəlxalq səviyyəli mötəbər tədbirlərin Azərbaycanda keçirilməsi ölkəmizin getdikcə artan nüfuzunun göstəricisi və cənab Prezidentin yürütdüyü müdrik siyasətin müsbət nəticəsidir.
Mahir Süleymanlı
Milli Məclisin deputatı
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
21-12-2024