Mobil versiya
Milli Məclisin Səhiyyə komitəsinin ilk iclası keçirilib -Fotolar
Tarix: 03-10-2024 | Saat: 16:23
Bölmə:Siyasət / Parlament | çapa göndər

Milli Məclisin Səhiyyə komitəsinin ilk iclası keçirilib

Oktyabrın 3-də Milli Məclisin Səhiyyə komitəsinin 2024-cü ilin payız sessiyasında ilk iclası keçirilib.

Bu barədə aia.az-a Milli Məclisdən məlumat verilib

İclası açan komitənin sədri Əhliman Əmiraslanov deputatları cari il sentyabrın 1-də, Azərbaycanın bütün suveren ərazisində şəffaf və demokratik şəraitdə baş tutmuş növbədənkənar parlament seçkilərində qalib gəlmələri münasibətilə təbrik edib və onlara gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıb.
Diqqətə çatdırılıb ki, bugünkü iclasın gündəliyinə 3 məsələ daxil edilib.
Əvvəlcə, komitə sədri gündəliyin birinci məsələsi - Səhiyyə komitəsinin 2024-cü ilin payız sessiyası üçün iş planının layihəsini təqdim edib. Bildirilib ki, iş planına qanunvericilik təşəbbüsü qaydasında daxil olan qanun layihələrinin, mövcud qanunlara ediləcək dəyişikliklərin müzakirəsi daxil edilib. Komitə sədri qeyd edib ki, sənədin hazırlanması zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin VII çağırış Milli Məclisin ilk iclasında səsləndirdiyi proqram xarakterli fikirləri və tövsiyələri əsas götürülüb.
Sonra Əhliman Əmiraslanov gündəlikdəki qanun layihələrini təqdim edib.

Gündəliyin ikinci məsələsi -“Əhalinin sağlamlığının qorunması haqqında” və “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının qanununun layihəsi (birinci oxunuş) barədə danışan komitə sədri deyib ki, təklif olunan əlavə və dəyişikliklər əhalinin dərman vasitələrinə olan ehtiyaclarının maliyyə baxımından qarşılanması, əlçatanlığın və keyfiyyətin artırılması, habelə sığortaolunanların maraqlarının qorunmasına hüquqi zəmin yaradacaq.
İclasda Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev qanun layihəsi barədə ətraflı məlumat verib. O bildirib ki, layihədə vətəndaşlara göstərilən tibbi xidmətlərin təkmilləşdirilməsi və keyfiyyətin yüksəldilməsi, həmçinin əhalinin dərman vasitələrini qiymət dəyişmələrinə qarşı həssaslığının və dərman vasitələri üzrə xərclərinin minimuma endirilməsi məqsədilə bir sıra mühüm və mütərəqqi addımların atılması nəzərdə tutulub. Qeyd olunub ki, qanun layihəsinin qəbulu icbari tibbi sığortanın əsas məqsədlərindən olan əhaliyə keyfiyyətli və əlçatan tibbi xidmətlərin göstərilməsini təmin edəcəkdir.

Sonra komitə sədri Əhliman Əmiraslanov gündəliyin sonuncu məsələsi olan Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Sosial sığorta haqqında” və “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının qanununun layihəsi barədə məlumat verib, təklif olunan dəyişikliklərin mahiyyəti barədə danışıb.
Məsələlərin müzakirəsində Səhiyyə komitəsi sədrinin müavini Rəşad Mahmudov, komitənin üzvləri İlham Məmmədov, Soltan Məmmədov, Məlahət İbrahimqızı, Kamaləddin Qafarov, Pərvanə Vəliyeva çıxış edərək, komitənin payız sessiyası üçün iş planı barədə danışıblar, təqdim olunmuş qanun layihələrinin əhəmiyyətini qeyd ediblər, öz fikir və təkliflərini səsləndiriblər.

İclasın sonunda komitənin 2024-cü ilin payız sessiyası üçün iş planı təsdiq edilib, müzakirəyə çıxarılan qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə olunub.

İclasda komitə üzvləri Günay Əfəndiyeva, Anatoliy Rafailov və digər rəsmi şəxslər də iştirak ediblər.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-11-2024