Mobil versiya
Bank səhvi işsiz adamı milyonçu etdi
Tarix: 13-12-2016 | Saat: 18:35
Bölmə:Media / Karusel | çapa göndər

Bank səhvi işsiz adamı milyonçu etdi




Avstraliyada işsiz adam kredit kartında limit olmadığını görüncə düz 2.1 milyon dollar xərcləyib.

Milli.Az xəbər verir ki, 29 yaşlı Luke Moore bank tərəfindən kredit kartına limit qoyulmadığını fərq edincə 2.1 milyon dolları xərclədiyi üçün fırıldaqçılıq ittihamı ilə 7 il həbs cəzasına məhkum edilsə də, apelyasiya məhkəməsi cəzanı ləğv edib.

TƏFƏRRÜAT

2010-cu ildə Avstraliya bankı "St George"dan hesab açdıran Moore qısa zaman sonra hesabında limit olmadığını görür. Buna görə də bədxərclik edən Moore Taylandda lüks bir tətil edir, Bob Dylan və Maykl Ceksonun imzalı albomlarını alır. Özünə "Aston Martin" və "Maserati" markalı avtomobil alan Moore bununla da kifayətlənməyərək "Stessl" gəmisini almağa qərar verir.

Bankın Moorenin hesabındakı "canlanmadan" şübhələnməsi Mooreyə 5 ay məhbus həyatı yaşadır. Mooreni mühakimə edən hakim 29 yaşlı avstraliyalının addımını "həddindən artıq axmaqca" hesab edərək haqqında çıxarılan 7 illik həbs cəzasını ləğv edib.

Sərbəst buraxıldıqdan sonra avtomobillərini, gəmisini və bir çox qiymətli əşyasını geri qaytaran Moore "Telegraph"a etdiyi açıqlamada "Kokain, striptiz oynayan qızlar və sürətli avtomobillər üçün darıxacam. Hər şeyi geri qaytarmaq məcburiyyətində qaldım, ancaq bu an daha xoşbəxtəm. Ailəm və dostlarımın ən böyük xəzinə olduğunu anladım" deyib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2024