Mobil versiya
Elman Nəsirov: "Azərbaycan-İsrail əlaqələrinin inkişafı heç bir halda üçüncü tərəfin əleyhinə yönəlməyib"
Tarix: 13-12-2016 | Saat: 18:31
Bölmə:Siyasət | çapa göndər

Elman Nəsirov: "Azərbaycan-İsrail əlaqələrinin inkişafı heç bir halda üçüncü tərəfin əleyhinə yönəlməyib"




İsrailin Baş naziri Benyamin Netanyahunun Azərbaycana səfəri iki ölkə arasındakı münasibətləri daha da genişləndirəcək.
aia.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında millət vəkili Elman Nəsirov deyib.

Onun sözlərinə görə, İsraillə Azərbaycan arasında münasibətlər yüksək səviyyədə inkişaf etməkdədir:

"Həm siyasi dialoq, həm ticari-iqtisadi əlaqələr, həm də hərbi-texniki əməkdaşlıq üzrə əlaqələrimiz sürətlə inkişaf etməkdədir. Səfər zamanı da bu məsələlər ətrafında geniş müzakirələrin aparılması gözlənilir".

E.Nəsirov bildirib ki, Azərbaycanla İsrail arasında hərbi-texniki əməkdaşlıq xüsusilə yüksək səviyyədədir: "Hələ ötən il bəyan edildi ki, İsrail Azərbaycana 1,6 milyard dollarlıq müasir silah-sursat satıb. Bütün bunlar onu göstərir ki, səfər çərçivəsində haqqında bəhs etdiyimiz sahələrdə əlaqələrin daha da inkişafına xidmət edən növbəti addımların atılması istisna deyil".

Millət vəkili qeyd edib ki, Azərbaycanla İsrail arasındakı münasibətlər bərabər hüquq və qarşılıqlı faydalı əməkdaşlığa əsaslanır:

"Əlaqələrin inkişafı heç bir halda üçüncü tərəfin əleyhinə yönəlməyib. Azərbaycan-İsrail əlaqələrinin inkişafı ikitərəfli münasibətlər baxımından dəyərli və əhəmiyyətlidir. Bu münasibətlər heç bir halda heç bir dövləti hədəfə almayıb. Çünki Azərbaycan dövlətinin sülhpərvər xarici siyasət kursu var. Əksinə, ikitərəfli əlaqələr regional təhlükəsizliyə yönəlib, bölgədə vəziyyətin sabitləşməsinə yardım edir. Azərbaycan-İsrail münasibətlərinin inkişafı İsrail-Fələstin münaqişəsinin həlli istiqamətində də müəyyən təkanverici rol oynaya bilər. Çünki Prezident İlham Əliyevin siyasəti sayəsində Türkiyə ilə Rusiyanın korlanmış münasibətləri yaxşılaşdı. Azərbaycan Fələstin-İsrail münasibətlərinin normallaşmasında da vasitəçi rol oynaya bilər".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-12-2024