Mobil versiya
Millətin məhəbbətini qazanmış Ulu Öndər
Tarix: 02-10-2024 | Saat: 15:57
Bölmə:Özəl | çapa göndər

Millətin məhəbbətini qazanmış Ulu Öndər

Tariximizdə müstəsna xidmətləri olan tarixi şəxsiyyətlər, görkəmli siyasət və dövlət adamlarının sayəsində Azərbaycan əsrlərdən bəri formalaşdırmış olduğu milli dövlətçilik ideyasını, bütöv bir millətin etnik-siyasi potensialını qoruyub saxlaya bilmişdir.3 oktyabr 1993- cü il.Tarixi bir gün.Həmin gün Azərbaycan xalqının xilaskarı, müstəqil Azərbaycan dövlətinin banisi, Ulu öndər Heydər Əliyev prezident seçkilərində xalqın mütləq əksəriyyətinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçildi.
Ulu Öndər Heydər Əliyev uzaqgörən daxili və xarici siyasəti ilə ölkənin nüfuzunu artırmış, hərtərəfli inkişafına nail olmuş, müstəqilliyini əbədi və dönməz etmişdir. Kiçik bir ölkə Heydər Əliyevin uğurlu siyasəti sayəsində dünyada tanınan nüfuzlu bir dövlətə çevrilmişdir – qısa müddət ərzində xarici siyasət sahəsində böyük dönüş yaranmış, uğurlar əldə olunmuşdur. Dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları Azərbaycana ciddi diqqət yetirməyə başlamış və ölkəmiz beynəlxalq münasibətlər sisteminin suveren faktoruna çevrilmişdir. Xalqların və bütövlükdə dünyanın tarixi dahi insanların ideyaları və fəaliyyətinin məhsuludur desək, yəqin ki, həqiqəti əks etdirmiş olarıq. Bir növ, tarix özü dahilərin fikirləri və bəşəri əməllərinin təcəssümü kimi çıxış edir.Azərbaycan xalqı haqlı olaraq Ulu Öndər Heydər Əliyevi Azərbaycan dövlət müstəqilliyinin qurucusu kimi qəbul edir.Xalqla iqtidar arasındakı birlik ölkənin uğurlarının əsas səbəbidir.Ulu Öndər Heydər Əliyev hakimiyyətinin hər iki dövründə bütün ömrünü dövlətinin, xalqının rifahına həsr edərək ölkəmizi böyük bəlalardan, faciələrdən hifz edib, iqtisadi inkişaf və tərəqqi yoluna çıxardı. Dahi şəxsiyyətin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətləri misilsizdir. Onun rəhbərliyi altında dövlətçiliyin əsasları qoyuldu və ciddi islahatlara start verildi. Azərbaycan beynəlxalq aləmdə öz möhkəm yerini tuta bildi. Ən ağır məqamlarda Azərbaycan xalqı əmin idi ki, Ulu Öndər xalqımızın, dövlətimizin maraqlarını qoruyacaq və ölkəmizin inkişafı ilə bağlı ən düzgün qərarları verəcəkdir.Tarixi şəxsiyyətlər xalqların talelərinə mühüm təsir göstərmək qüdrətinə malik olduğundan, onların ideyaları, enerjiləri, fəaliyyətləri ayrı – ayrı dövrlərin inkişaf meyillərini müəyyən edir, tarixin təkanverici qüvvəsi missiyasını yerinə yetirir.Ərazi bütövlüyümüzün bərpa olunması Prezident İlham Əliyevin siyasətinin şah əsəridir. Bugünkü Azərbaycan, məhz Ulu Öndər Heydər Əliyevin görmək istədiyi Azərbaycandır. Bu gün hər bir azərbaycanlı Ümummilli Liderin əziz xatirəsini ehtiram və minnətdarlıqla yad edir. Millətin məhəbbətini qazanmış dahi lider Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi əbədi olaraq yaşayacaq.
Ulu Öndər Heydər Əliyevin dövlət siyasətində Ordu quruculuğu xüsusi yer tuturdu. Onun ordu quruculuğu siyasətini uğurla davam etdirən siyasi varisi Prezident İlham Əliyev güclü, peşəkar, müasir silahlarla təchiz edilmiş ordusu ilə 30 ildir işğal altında qalan torpaqlarımızı düşmən tapdağından azad etdi. 2023 –cü ilin sentyabrında aparılan lokal xarakterli antiterror xarakterli əməliyyatla sonuncu terrorçular da tərkisilah edildi, Xankəndidə Azərbaycan bayrağı dalğalandı, cənab Prezidentin çıxışlarında hər dəfə ehtiramla, fəxrlə qeyd etdiyi kimi, ata vəsiyyəti, Müasir Azərbaycanın memarının vəsiyyəti yerinə yetirildi. Bu gün Azərbaycan güclü iqtisadiyyatı ilə, güclü ordusu ilə, peşəkar diplomatik bacarığı ilə regionda söz sahibidir. 

Kəklik İbrahimova,
Gədəbəy rayon Düzyurd kənd tam orta məktəbinin direktoru - fəal gənc



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
05-10-2024