Bahar Muradova: "Heydər Əliyevin ideyaları güclü, zəngin, inkişaf edən Azərbaycanın əsasını qoydu"
Tarix: 12-12-2016 | Saat: 13:59
Bölmə:Gündəm | çapa göndər
Heydər Əliyevin ideyaları bugünkü güclü, zəngin, inkişaf edən Azərbaycanın, eləcə də ölkəmizin dünyada layiqli yer tutmasının əsasını qoydu. aia.az bildirir ki, bunu Trend-ə Milli Məclisin sədr müavini Bahar Muradova deyib.
B.Muradova bildirib ki, Azərbaycanın qazandığı nailiyyətlər, müstəqilliyimizin qorunub saxlanılması, dövlətçiliyimizin inkişafı ulu öndər Heydər Əliyevin ideyaları əsasında hazırlanan, ölkəmizin milli maraqlarına söykənən dövlət quruculuğu kursuna əsaslanır:
"Bugünkü müstəqil və qüdrətli Azərbaycanın mövcudluğuna görə ulu öndər Heydər Əliyevə borcluyuq. Bu, bütün Azərbaycan xalqının fikridir".
Vitse-spiker vurğulayıb ki, ümummilli lider Heydər Əliyevin ideyaları Azərbaycanın müstəqil dövlətçilik ənənələrinin etibarlı və möhkəm dayaqlar üzərində qurulması deməkdir.
B.Muradova deyib ki, Heydər Əliyevin yaratdığı və Prezident İlham Əliyevin davam etdirdiyi iqtisadi model bu gün uğurla həyata keçirilir: "Cənubi Qafqaz regionunun lider dövləti olan, ildən-ilə Avropanın enerji təhlükəsizliyi məsələsində əhəmiyyətli tərəfdaşa çevrilən və dünya miqyasında nüfuzu artan Azərbaycanın əldə etdiyi inkişaf səviyyəsi istər dünya ölkələri, istərsə də beynəlxalq təşkilatlar tərəfindən xüsusi olaraq vurğulanır".
O qeyd edib ki, bir neçə il öncə başlayan qlobal maliyyə böhranı fonunda ölkəmizdə müşahidə olunan dayanıqlı iqtisadi inkişaf Azərbaycanda həyata keçirilən uğurlu daxili sosial-iqtisadi siyasətin bəhrəsidir:
"Bu, ölkəmizin inkişafının əsas təməl prinsipini özündə əks etdirən ulu öndər Heydər Əliyevin siyasi kursunun Azərbaycanda paralel olaraq bütün sahələr üzrə inkişafı təmin etməsini əsaslandıran amildir. Dayanıqlı iqtisadi siyasət, habelə müstəqil və tarazlı şəkildə həyata keçirilən xarici siyasət kursu Azərbaycan dövlətinin istər daxili sabitliyinin, inkişafının təminatında, istərsə də beynəlxalq dayaqlarının möhkəmləndirilməsində mühüm əhəmiyyət kəsb edir".
Milli Məclis sədrinin müavini vurğulayıb ki, qısa zaman kəsiyində iqtisadi, mədəni, sosial və hərbi-siyasi sahələrdə qazanılan uğurlar ilk növbədə ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
13-11-2024
12-11-2024