Mobil versiya
Hərbi sahəyə diqqətimizi azaltsaq gələcəkdə bizi problemlər gözləyə bilər
Tarix: 24-09-2024 | Saat: 17:00
Bölmə:Siyasət | çapa göndər

Hərbi sahəyə diqqətimizi azaltsaq gələcəkdə bizi problemlər gözləyə bilər

Azərbaycan Respublikası Prezidentinin VII çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında çıxışı konseptual əhəmiyyyət daşımaqla və gələcək hədəflərimizi müəyyənləşdirməklə yanaşı, həm də dövlətimizin, xalqımızın hansı çağrışlarla qarşı-qarşıya qaldığını, cəmiyyətimizin üzərimizə yürüməyə çalışan qüvvələrin ideoloji təxribatlarına qarşı konsalidasiyasının zəruriliyini ifadə edirdi.

Bu sözləri Modern.az saytına açıqlamasında VII çağırış Milli Məclisin deputatı Azər Kərimli deyib.

Azər Kərimli qeyd edib ki, dövlət suverenliyimizin tam bərpasından sonra, ölkəmizin bütün ərazilərində prezident və parlament seçkilərinin keçirilməsi tarixi hadisə olmaqla bərabər, eyni zamanda dövlətimizin, xalqımızın həyatında yeni bir mərhələnin başlanğıcı kimi dəyərləndirilməlidir:

“Cənab Prezidentin qeyd etdiyi kimi, ölkəmizin qarşısında böyük vəzifələr durur. Bunlardan birincisi, şübhəsiz ki, azad olunmuş ərazilərimizin - Qarabağın və Şərqi Zəngəzurun bərpasıdır. Amma bununla bərabər, dövlətimizin başçısı hərbi sahəyə, ölkəmizin müdafiə qabiliyyətinin daha da güclənməsinə xüsusi diqqət çəkdi və bildirdi ki, əgər biz hərbi sahəyə diqqətimizi azaltsaq və oraya ayrılan vəsaiti lazımi səviyyədə təmin etməsək, gələcəkdə bizi problemlər gözləyə bilər. Çünki xarici qüvvələrin təhriki və məqsədyönlü siyasəti nəticəsində Ermənistanda revanşist qüvvələr baş qaldırır. Təkcə Ermənsitandakı marginal siyasi ünsürlər, ultramillətçi qruplar deyil, eyni zamanda, Ermənistan hakimiyyəti bu fikirlərlə, bu xülyalarla yaşayır. Nə Ermənsitanın siyasi rəhbərliyi, nə də Ermənsitanı bölgənin münaqişə mənbəyi kimi qoruyub saxlamaqda maraqlı olan qüvvələr İkinci Qarabağ müharibəsinin və lokal antiterror tədbirlərinin doğurduğu nəticələrlə barışmaq istəmirlər. Çünki Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin təmin edilməsi, Cənubi Qafqazın geosiyasi maraqların uzlaşdırıldığı məkan statusunu dəyişib və xarici qüvvələrin ənənəvi təzyiq mexanizmlərini sıradan çıxarıb. Hazırda Azərbaycana qarşı bəzi regional və bölgədənkənar qüvvələrin vahid geosiyasi və ideoloji təxribatlarla “silahlanmaları”nın təməlində də, məhz bu amil dayanır. Ermənistanın və himayəçilərinin uğursuz və rüsvayçı ATƏT-in Minsk Qrupunun həmsədrlik institutunu qoruyub saxlamaq cəhdlərinin təməlində də, nə zamansa yenidən Azərbaycanın beynəlxalq səviyyədə tanınmış əraziləri ilə bağlı məsələni, ölkəmizi könüllü şəkildə tərk edən, xeyli hissəsi separatçılardan və müharibə cinayətkarlarından ibarət olan erməni etnik azlığı üzərindən yenidən gündəmə gətirilməsi, bölgədə yeni münaqişənin alovlandırılması cəhdləri dayanır. Bu səbəbdən də Prezident İlham Əliyevin strateji zəkasının müəyyən etdiyi yeganə yol Azərbaycanın hərbi və iqtisadi cəhətdən gücləndirilməsi prosesinin fasiləsiz olaraq, davam etdirilməsidir”



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-11-2024