Mobil versiya
AzQAC-ın prezidenti cənab Novruz Aslanov BQXK-nin Azərbaycandakı nümayəndəliyinin başçısını qəbul edib -Fotolar
Tarix: 20-09-2024 | Saat: 12:40
Bölmə:Manşet / Siyasət | çapa göndər

AzQAC-ın prezidenti cənab Novruz Aslanov BQXK-nin Azərbaycandakı nümayəndəliyinin başçısını qəbul edib

19 sentyabr 2024-cü il tarixində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) prezidenti cənab Novruz Aslanov və Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı Nümayəndəliyinin başçısı xanım Dragana Koiç arasında ikitərəfli görüş baş tutub.

aia.az xəbər verir ki,görüşü giriş sözü ilə açan prezident qonaqları AzQAC-ın kollektivi, çoxsaylı könüllüləri və üzvləri adından salamlayıb. Görüşün əsas məqsədi iki təşkilat arasında əməkdaşlıq çərçivəsində aparılan işlərin və gələcəkdə planlaşdırılan fəaliyyətlərin müzakirəsi olub. Ənənəvi olan bu görüşdə, hər zaman olduğu kimi, birgə aparılan tədbirlər, göstərilən qarşılıqlı dəstək qiymətləndirilib və səmərəli təkliflər irəli sürülüb.
Görüşdə AzQAC-ın prezidenti cənab Novruz Aslanov, İcraçı katib Ceyhun Mirzəyev, AzQAC Qarabağ Regional Mərkəzin Koordinatoru Afaq Hüseynzadə, BQXK Azərbaycandakı Nümayəndəliyinin başçısı xanım Dragana Koiç, BQXK Azərbaycan Nümayəndəliyinin Əməkdaşlıq şöbəsindən Muhammad Zubair Xan və Sevil Süleymanova iştirak edib.

Görüş zamanı hər iki tərəf eyni zamanda yaxın vaxtlarda yayımlanmış və Beynəlxalq QA/QA Hərəkatı haqqında bəzi neqativ fikirləri özündə ehtiva edən məqalələr haqqında da müzakirə aparıblar. Tərəflər Hərəkatın Fundamental prinsiplərinə bağlı qalmağın vacibliyini və gələcəkdə belə hallara birgə cavab vermək üçün əməkdaşlıq etməyin önəmini vurğulayıblar.

Daha sonra, Milli Cəmiyyətin prezidenti Novruz Aslanov iki təşkilat arasındakı əməkdaşlığın önəmini vurğulayıb və AzQAC ilə BQXK-nın bir çox sahədə əməkdaşlıq etdiyini xüsusi qeyd edib. Fövqəladə Mobil Könüllü Dəstələrin hazırlığı, İlk Yardım və Sağlamlıq, Silahlara qarşı mübarizə və s. sahələrdə mövcud olan qarşılıqlı əməkdaşlığı buna misal göstərmək olar.

Görüş zamanı xanım Dragana Koiç Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı komandasının yeni üzvünü, Hərəkatla Əməkdaşlıq üzrə Koordinator Muhammad Zubair Xanı da təqdim edib. Muhammad Zubair Xan isə öz növbəsində Azərbaycanda olmaqdan məmnun olduğunu bildirirək Milli Cəmiyyəti dəstəkləməyə və birgə əməkdaşlığı gücləndirməyə çalışacağını vurğulayıb.

BQXK-nın Azərbaycandakı Nümayəndəliyinin başçısı xanım Dragana Koiç isə öz növbəsində iki təşkilat arasında mövcud olan səmərəli əməkdaşlıqdan və birgə fəaliyyətlərdən danışıb. O, birgə həyata keçirilən fəaliyyətlər və layihələr çərçivəsindəki qarşılıqlı işgüzar münasibətlərin yüksək səviyyədə olduğunu xüsusi qeyd edib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-11-2024