Mobil versiya
İrəvanın Zəngəzur öhdəliyi var, 4 ildir yayınır
Tarix: 17-09-2024 | Saat: 12:35
Bölmə:Manşet / Siyasət | çapa göndər

İrəvanın Zəngəzur öhdəliyi var, 4 ildir yayınır


Azərbaycan daim bölgədə kommunikasiya xətlərinin açılmasında maraqlı tərəf olub. Üçtərəfli bəyanat çərçivəsində uzun müddət bu prosesin irəlilədilməsinə səy göstərilib. Ermənistan isə hansı açıqlamalar verməsindən asılı olmayaraq, öz üzərinə bu istiqamətdə müəyyən öhdəliklər götürüb.

aia.az xəbər verir ki, bu sözləri XİN-in Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə Report-a müsahibəsində deyib.

O bildirib ki, üçtərəfli bəyanatın 9-cu bəndində Ermənistanın hansı öhdəliklərinin olduğu, nəqliyyat əlaqəsi üzrə nəzarətin necə təşkil olunacağı açıq-aydın yazılıb:

“Ancaq Azərbaycanın qərb bölgələrini Naxçıvan Muxtar Respublikası ilə birləşdirən kommunikasiyaların açılması məsələsi ilə bağlı Ermənistan yazılı təsbit olunmuş və imzalanmış öhdəliklərini son 4 ilə yaxın müddətdə yerinə yetirməyib. Azərbaycan işğaldan azad edilmiş ərazilərdə müvafiq infrastruktur, nəqliyyat layihələrinin həyata keçirilməsində daim maraqlı olub, bu istiqamətdə işlər görüb və davam etdirir. Ermənistan tərəfi isə son dörd ildə ancaq bu prosesə maneə törətməyə cəhd göstərib. Bunun müqabilində isə Azərbaycan kommunikasiya layihələrinin açılması üçün alternativ variantların da hazırlanması üzərində çalışıb. Elə bu fonda Azərbaycanın İran ərazisi vasitəsilə Naxçıvan Muxtar Respublikasına çıxış imkanı yaradacaq avtomobil və dəmir yolunun çəkilməsi barədə əldə olunmuş razılaşma və bu istiqamətdə aparılan işlər bir daha göstərir ki, Ermənistandan fərqli olaraq, Azərbaycan bölgədə nəqliyyat dəhlizlərinin inkişafına müsbət töhfə verməkdədir.

Əgər Ermənistan tərəfi həqiqətən də bölgədə kommunikasiyaların açılmasında maraqlıdırsa, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir. Ermənistan tərəfi göstərdiyi qeyri-konstruktiv mövqe ilə növbəti dəfə özünütəcrid siyasəti apardığını nümayiş etdirir”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə